Dervenidən papirus və Derveni papirusu () — 1962-ci ildə Derveni dar dağ dərəsi yaxınlığında qədim dəfn odunun yerində tapılmış qədim Makedoniya papirusunun tumarı. Vərəqdə fəlsəfi və dini məzmunlu mətn (e.ə. V əsrin sonları) tanrıların doğulması haqqında orfik poemanın əvvəllər məlum olmayan alleqorik interpretasiyası var. Bu traktat klassik filologiya sahəsində XX əsrin ən mühüm arxeoloji kəşflərindən biridir.Richard Janko, «The Derveni Papyrus: An Interim Text» , Zeitschrift für Papyrologie und Epigraphik, 141 (2002), стр. 1 (англ) Tumar e.ə. 340-cı ilə aiddir və bu, Avropada tapılan ən qədim əlyazmadır. Mətnin fraqmentləri və onun tərcümələri XX əsrdə nəşr olunsa da, tam əlyazma yalnız 2006-cı ildə işıq üzü görmüşdür.

İstinadlar

Kateqoriya:Saloniki Kateqoriya:"Dünyanın yaddaşı" siyahısında olan obyektlər Kateqoriya:Orfey Kateqoriya:Papiruslar Kateqoriya:Qərb mədəniyyəti Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi