Elvira Süleymanova () — azərbaycanlı qapışılar üzrə məşqçi və peşəkar futbolçu. O həm Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Sabah" klubunda qapıçılar üzrə məşqçidir, həm də özü futbolçu kimi çıxış edir. Həyatı və Karyerası Elvira 2016-cı ildə artıq "Xəzər Lənkəran" klubunda peşəkar futbolda çıxış etməyə başladı. Lakin o dövrlər Lənkəran təmsilçisi o qədər ümidveeici çıxış etməyib, liqada aşağı sıralarda yer almışdır.https://web.archive.org/web/20150405191842/http://www.affa.az/index.php/yarlar/u-19-qzlar-liqas-/tqvim/i-dvr/512
2015-ci ildə klubunu dəyişərək "Təhsil" sonrakı adı ilə "8-li İOEUGİM" klubuna transfer olmuşdur. Bu klubda 2016/2017 sezonunda 3-cülük əldə edən Elvira, Azərbaycan Yüksək Qızlar Liqasında ilk dəfə idi ki, mükafat əldə edirdi.https://web.archive.org/web/20171127060748/http://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/cdvl/1140 Lakin bu uğurların davamı anidən ard-arda gəlmədi. Artıq 2017/2018-ci illərdə klub adını dəyişdi, həmin sezon liqanı 5-ci sırada tamamladı. 2018/2019-cu illərdə isə, yenidən Azərbaycan ikincisi adına layiq görüldü.https://web.archive.org/web/20191129033808/http://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/cdvl/1140 Bu dövrdən sonra kubokların sayı daha da çoxaldı. 2019/2020 sezonunda liqanın başlarında yaxşı start götürən klub, COVID-19 pandemiyası səbəbiylə yarım dayandırıldı və Elvira Süleymanovanın çıxış etdiyi komanda çempion statusu əldə etdi. Bu illərdən sonra Süleymanova peşəkar karyerasını sonlandırdı.
2025-ci ildən etibarən yenidən "Sabah" klubunda peşəkar karyeraya başladı.
Milli Karyerası 2015-ci ildən 2018-ci ilə Azərbaycanın qadınlardan ibarət U17 millisində çıxış etmişdir. 2019-cu ildə Azərbaycanın qadınlardan ibarət U19 milli yığmasına dəvət almışdır.2019-cu ildən sonra Azərbaycanın A Milli komandasında çıxış etdi. Daha sonra karyerasını bitirdi.
Uğurları 8-li İOEUGİM FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (1): (2019/2020) frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Gümüş (1): (2017/2018) frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Bürünc (1): (2016/2017) Məşqçilik uğurları Sabah FK FK frameless|16x16px Azərbaycan U17 qızlar liqası: Çempion (2): (2023/2024,2024/2025)
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın futbolçuları