Muheyyiz ayini — müsəlmanların "Cahiliyyə dövrü" adlandırdıqları İslamdan əvvəlki dövrdə ərəblərin qız uşaqları üçün keçirdikləri yetkinliyə giriş ayinidir.
Etimologiya Muheyyiz () heyz mərasimini icra edən şəxs deməkdir.
Ayinin keçirildiyi məkan Bu ayin Darun-Nədvədə keçirilidi və ilk dəfə aybaşı olan qızlar iştirak edərdi. Ayində iştirak edən qızlara öz yaşlarını hesablamaq və evlənmək icazəsi verilirdi. Bu ayinə qədər isə onlara öz yaşlarını hesablamaq qadağan idi.
Ayinin icraçısı və iştirakçıları Ayinin içraçısı Qusayoğulları idi. Məlum olan ilk icraçı Qusayoğullarından Əbdüddar idi. Ayində ilk dəfə aybaşı olan qızlarla yanaşı, Qusayoğulları və yaşı 40-ı keçmiş Qureyşin başçıları iştirak edirdi.
Ayin prosesi və mənası Yetkinlik çağına çatmış qızlara "dir" (ərəb. درع) adlanan köynək geyindirilərdi. Bu köynəyin açıq buraxılan hissəsi çırılıb qıza geyindirilirdi. Daha sonra qız evinə aparılar və evində normal şəkildə geyindirilərdi. Bu mərasim isə hər kəsin önündə keçirildi.
Ayindən sonra qız artıq yetkin hesab olunar və həmin qızla evlənməyə icazə verilərdi.
Həmçinin bax Bar və Bat Mitzvah
İstinadlar
Kateqoriya:Ayin