Delfi () — Yunanıstanda qədim Delfi şəhərinin xarabalıqlarının yanında salınmış qəsəbə. Dəniz səviyyəsindən 632 metr yüksəklikdə, Parnasın cənub-qərb yamacında, Amfisadan 11 kilometr cənub-şərqdə, Levadiyadan 34 kilometr və Afinadan 121 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Fokida periferik vahidində eyniadlı icmanın (dima) tarixi mərkəzidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 854 nəfərdir.
Qədim Delfi şəhərinin xarabalıqlarında Kastri kəndi mövcud idi. 1891-ci ildə Yunanıstan hökuməti qazıntı işləri aparmaq üçün fransızlara icazə verdi və kənd dağıdılmışdır.
İstinadlar
Kateqoriya:Yunanıstan şəhərləri Kateqoriya:Delfi Kateqoriya:Müqəddəs şəhərlər