Başgicəllənmə — insanın hərəkətdə olduqlarını və ya ətrafdakı əşyaların əslində hərəkət etmədiyi halda hərəkət etdiyini hiss etdiyi vəziyyət. Çox vaxt fırlanma və ya yırğalanan hərəkət kimi hiss olunur. Bu, ürəkbulanma, qusma, tərləmə və ya yerimə çətinliyi ilə əlaqəli ola bilər. Başı hərəkət etdirdikdə adətən daha pis olur.
Vertigo başgicəllənmənin ən çox yayılmış növüdür.
Səbəbləri thumb|Vertigo hissini göstərən rəsm Başgicəllənməyə səbəb olan ən çox görülən şərtlər xoşxassəli paroksismal mövqeli vertigo, meniere xəstəliyi və vestibulyar nevritdir. Daha az rast gəlinən səbəblərə insult, beyin şişləri, travmatik beyin zədəsi, dağınıq skleroz, miqren, travma, orta qulaqlar arasında qeyri-bərabər təzyiq daxildir.https://books.google.az/books?id=YBcHR-wQOWQC&pg=PA354&redir_esc=y#v=onepage&q&f=false
Təsnifatı Vertigo vestibulyar yolun disfunksiyasının yerindən asılı olaraq periferik və ya mərkəzi olaraq təsnif edilir,https://web.archive.org/web/20130205084120/http://www.ajnr.org/content/30/8/1623.long lakin, bu, psixoloji amillərdən də qaynaqlana bilər.https://web.archive.org/web/20090706143716/http://www.dartmouth.edu/~dons/part_2/chapter_14.html#chpt_14_evaluation
Başgicəllənmə obyektiv, subyektiv və psevdovertiqoya bölünür:
Obyektiv — insanın ətrafdakı obyektlərin hərəkət etdiyi hissini yaşadığı vəziyyəti təsvir edir Subyektiv başgicəllənmə — insanın hərəkət etdiyini hiss etməsidir Psevdovertiqo — insanın başının içərisində intensiv fırlanma hissi
Simptomları Başgicəllənmə hərəkətsiz vəziyyətdə fırlanma hissidir.https://web.archive.org/web/20100213014133/http://www.merck.com/mmhe/sec06/ch080/ch080c.html Bu zaman adətən ürəkbulanma və ya qusma, qeyri-sabitlik (sabit olmayan duruş), yıxılma, insanın düşüncəsində dəyişikliklər və yeriməkdə çətinlik çəkmək əmələ gəlir. Təkrarlanan başgicəllənmə tez-tez olanda çox vaxt həyat keyfiyyətinı pisləşdirir. Bulanıq görmə, danışmada çətinlik, şüur səviyyəsinin azalması və eşitmə itkisi də olur.
Müalicəsi Beta blokerlər, antidepresanlar, antikonvulsanlar vasitəsilə müalicə olunur.
Həmçinin bax Dəniz xəstəliyi
İstinadlar
Kateqoriya:Fobiyalar Kateqoriya:İllüziyalar Kateqoriya:Nevroloji xəstəliklər Kateqoriya:Psixi pozğunluqların simptomları və əlamətləri Kateqoriya:Qulaq xəstəlikləri Kateqoriya:Tibbi terminologiya