Yılmaz Tunç () — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26 və 27-ci çağırış deputatı (2007–2023), Türkiyə ədliyyə naziri (4 iyun 2023 – 11 fevral 2026).
Təhsili və karyerası İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. İstanbul Universiteti Sosial Elmlər İnstitutunun Maliyyə Hüququ Bölməsində magistr təhsilini tamamlayıb. Sərbəst hüquqşünas və İstanbul Vəkillər Kollegiyasının CMK (Ceza Muhakemesi Kanunu) xidmətinin əməkdaşı kimi çalışıb. 16 il Türkiyə Böyük Millət Məclisi Ədliyyə Komissiyasının üzvü, sözçüsü və sədr müavini vəzifələrində çalışdıqdan sonra 2020–2022-ci illər arasında Ədliyyə Komissiyasının sədri olub. O, 2022–2023-cü illərdə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası Qrupunun sədr müavini vəzifəsində çalışıb.
Şəxsi həyatı Ailəlidir və üç övladı var.
İstinadlar
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə nazirləri
Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları