– Yaponiyanın Ehime prefekturasının İmabari şəhərində yerləşən və dəsmala həsr olunmuş muzey.

Tarixi İmabari şəhəri dəsmal istehsalına görə Yaponiyanın aparıcı bölgələrindən biridir. Şəhərdə dəsmal istehsalı ilə məşğul olan 200-ə yaxın fabrik yerləşir. Muzey şəhərin dəsmal mədəniyyətini göstərmək məqsədilə 2000-ci ildə açılmışdır.

Xüsusiyyətlər Dəsmal Muzeyi işləyən fabrik, qalereyalar, kafelər və dükanlardan ibarət bina kompleksində yerləşir. Muzeyin dükanında dəsmallar, dəsmal aksessuarları və regional suvenirlər satılır. Muzey üç bölgədən ibarətdir: əsas muzey bölgəsi, əyləncə bölgəsi və bağ bölgəsi. Beşmərtəbəli muzey binası Avropa üslubunda tikilmişdir.

Muzeyin əsas sərgi zalında mürəkkəb dizaynlı dəsmallar və dəsmal istehsalını nümayiş etdirən maşınlar nümayiş etdirilir. Burada dəsmallardan ibarət kreativ və rəngli instalyasiyalar yerləşir. Muzey divarları 1800 dolama iplə bəzədilmişdir. Divarın yanında adlı instalyasiya yerləşir. Əsas qalereya Finlandiyanın nağıl kitabı personajları olan Muminlərə həsr olunmuşdur. Muzeyin bağında bu personajların heykəlləri yerləşir. Muzey bağının ümumi sahəsi 33.000 m²-dir.

Qalereyalar

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2000-ci ildə yaradılmış muzeylər Kateqoriya:Ehime prefekturasındakı muzeylər Kateqoriya:İmabari Kateqoriya:2000-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiyanın şirkət muzeyləri Kateqoriya:Yaponiyadakı toxuculuq muzeyləri