thumb|İranda bir iftar süfrəsi Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir.Bukhari-Ibn-Ismail, AbdAllah-Muhammad. "Sahih Bukhari – Kitap 031 (Oruç Kitabı), 124. Hadis". hadithcollection.com. 19 mart 2016 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 25 iyun 2012 Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır.Muslim-Ibn-Habaj, Abul-Hussain. "Sahih Muslim – Kitap 006 (Oruç Kitabı), 2378. Hadis". hadithcollection.com. 23 may 2016 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 25 iyun 2012.
Ramazan ayının fəzilətləri və bərəkətləri İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində söylədiyi xütbələrdən birində bu ayın əhəmiyyəti haqqında belə buyurmuşdur:
"Ey insanlar! Allahın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allahın nəzərində bu ay ən bərəkətli aydır, gündüzləri gündüzlərin ən yaxşısı, gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda sizlər Allahın verdiyi ziyafətə qonaq edilmiş, kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz qəbul olunur. Allah dualarınızı müstəcab edir. Allahdan təmiz ürəklə, saf niyyətlə diləyin ki, bu ayda oruc tutmağı cə Qurani-Kərimiz tilavətini sizə nəsib etsin. Çünki Allahın rəhmətinin ümman kimi dolub daşdığı bu ayda Onun mərhəmət və bağışlamasından məhrum olan insan bədbəxtdir…"
Bu sözlərdən sonra Rəsuli-Əkrəm bu ayda ehtiyacı olanlara sədəqə paylamağı, böyüklərə ehtiram göstərməyi, kiçiklərə məhəbbətlə yanaşmağı, qohum-qardaşdan xəbər tutmağı, dil, göz və qulağı günahlardan qorumağı, yetimlərə nəvaziş göstərməyi, günahlardan tövbə etməyi, davamlı olaraq dua etməyi (xüsusilə namaz vaxtlarında) təkidlə tövsiyə etdi.
Daha sonra İslam Peyğəmbəri (s) oruc tutanların başqalarına iftar verməsinin əhəmiyyəti barədə danışdı, hətta bildirdi ki, imkanı olmayan adamlar, heç olmasa, bir xurma dənəsi, yaxud bir içim su ilə bu xeyir işdə iştirak edə bilərlər.
Məhəmməd Peyğəmbər (s) öz xütbəsinin sonunda buyurdu:
"Ey insanlar! Bu ay behişt qapıları üzünüzə açıqdır. Dua edib Allahdan istəyin ki, bu qapıları üzünüzə bağlamasın. Bu ayda Cəhənnəmin qapıları bağlıdır, ona görə də Allahdan diləyin ki, həmin qapıları üzünüzə açmasın! Şeytanlar bu ay zəncirlənmişlər, Allahdan istəyin ki onların sizə ağalıq etməsinə imkan verməsin!".
Möminlərin əmiri İmam Əli (ə) buyurdu:
"Ya Rəsuləllah, bu ayda ən yaxşı əməl hansıdır?"
Buyurdu:
"Özünü günahlardan qorumaq!".
Xoşbəxt insanlar o kəslərdir ki, bu ayın ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, həmçinin bu ayın ibadətləri və orucu sayəsində özlərinin mənəvi və maddi problemlərini həll edirlər. Əlbəttə, mübarək Ramazan ayının maddi və mənəvi bərəkətlərindən, onun savablarından daha yaxşı bəhrələnmək üçün yalnız oruc tutmaqla kifayətlənmək olmaz, əksinə, günahlardan uzaq olmaq, özünü islah edərək mənəviyyata zidd əməllərdən kənar durmaq lazımdır.
İlahi! Bizim hamımıza dəstək və yardımçı ol. Öz lütf və mərhəmətinə yaxınlaşdır.
Ramazan ayı on dörd məsumun həyatında +ON DÖRD MƏSUM№Adı1Məhəmməd Peyğəmbər2Fatimeyi-Zəhra3İmam Əli (1-ci imam)4İmam Həsən (2-ci imam)5İmam Hüseyn (3-cü imam)6İmam Səccad (4-cü imam)7İmam Baqir (5-ci imam)8İmam Cəfər Sadiq (6-cı imam)9İmam Kazım (7-ci imam)10İmam Rza (8-ci imam)11İmam Cavad (9-cu imam)12İmam Nəqi (10-cu imam)13İmam Həsən Əskəri (11-ci imam)14İmam Mehdi (12-ci imam)
1. Mənəvi durumda dəyişiklik Həzrət İmam Səccad (ə) haqqında belə nəql olunur ki, o, bu ayda büsbütün dua, ibadət, istiğfar və təkbirə qərq olurdu.
2. Müstəhəb namazlar Müstəhəb və nafilə namazların qılınması əzəmətli imamlarınız (ə) üçün adi və gündəlik bir iş olduğuna baxmayaraq, Ramazan ayında ikiqat əhəmiyyət kəsb edirdi. Belə ki, mübarək Ramazan ayında, eləcə də Qədr gecələrində onlar xüsusi namazlar qılırdılar.
3. Quran tilavəti Məsus imamlar (ə) mübarək Ramazan ayında Quran tilavətinə xüsusi diqqətlə yanaşmışlar. Həzrət İmam Səccad (ə) barəsində belə nəql olunmuşdur ki, o, mübarək ayda Qurani-Kərimi 40 dəfə oxuyub başa çatdırarmış.
4. Dua və ibadət Məsum imamlardan (ə) mübarək Ramazan ayı ilə bağlı xüsusi dualar gəlin çatmışdır ki, onların yalnız adlarını çəkməklə kifatətlənirik:
Mübarək ayda Ayı görən zaman oxunan dua. Mübarək Ramazan ayı daxil olduğu zaman Peyğəmbərin (s) oxuduğu dua. Peyğəmbərin 1-ci gecə etdiyi dua. Əbu Həmzə səmalinin hər gecə etdiyi dua. Səhər duası. "Səhifeye-Səccadiyyə"nin 1-ci duası. İftar duası. İmam Səccadın (ə) 19-cu və 21-ci gecələrdə etdiyi dualar. Məhəmməd Peyğəmbərin (s), İmam Baqiri (ə), İmam Sadiqin (ə) və İmam Kazımın (ə) mübarək Ramazan ayında etdiyi dualar. Məhəmməd Peyğəmbərin (s) və İmam Səccadın (ə) 27-ci gecə etdiyi dualar. Məhəmməd Peyğəmbərin (s) hər ayın sonuncu gecəsində etdiyi dua. Mübarək Ramazan ayı ilə vidalaşma duası.
5. Qədr gecələrində əhya saxlamaq Məsumlar (ə) Qədr gecələri oyaq qalardılar. Nəinki təkcə özləri yatmaz, həm də ailə üzvlərini və övladlarını da bu gecə əhya saxlayıb ibadət etməyə təşviq edirdilər. Belə rəvayət olunur ki, İslam Peyğəmbəri (s) ayın 23-cü gecəsində ailə üzvləri içərisində yatmış olanları yuxudan oyadar, bunun üçün üzlərinə su da çiləyərdi.
Həzrət Fatimeyi-Zəhra (ə) da həmin gecə övladlarından heç birini yuxuya getməyə qoymazdı. Gündüzdən az yemək, bir qədər istirahət etməklə onları gecəyə hazırlayar və buyurardı ki, bu gecənin xeyrindən məhrum olan şəxs, həqiqətən, məhrumdur.
6. İftarın ədəb qaydaları İmam Sadiq (ə) buyurur ki, Məhəmməd Peyğəmbər (s) iftar vaxtı bu duanı oxuyardı:
"Allahım, Sənin üçün oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar etdik, odur ki, onu bizdən qəbul et"
Peyğəmbər (s) imkan daxilində halva, xurma kimi şirin şeylərlə, bunlar olmadıqda isı ilıq su ilə iftar edərdi.
7. Səhər və iftar vaxtlarında Qədr surəsi oxumaq Qədr surəsi
8. İftar vermək İmam Sadiqdən (ə) belə rəvayət olunur: Həzrət İmam Səccad (ə) oruc tutduğu zaman göstəriş verərdi ki, bir qoyun kəsilsin, əti doğranıb qazana tökülsün. Həzrət (ə) qürub vaxtı yemək bişən qazanlara yaxınlaşıb ağzı oruc halda xörəyi qoxlayar və buyurardı:
"Kasaları gətirin, bu kasaya filankəs üçün, o birisinə isə filankəs üçün yemək çəkin!".
Beləcə bozbaşın hamısını kasalara doldurtdurar, xörək qutarandan sonra isə özü xurma və çörəklə iftar edərdi.
9. Yoxsullara yardım etmək İbn Abbas deyir: "Ramazan ayı girəndə hər hansı bir xahişlə Peyğəmbərə (s) üz tutan insanların istəyi yerinə yetirilirdi".
Həzrət İmam Səccad (ə) haqqında isə belə nəql olunur ki, o, Ramazan ayının hər günü sədəqə paylayardı.
10. Qüsl Məhəmməd Peyğəmbər (s) mübarək Ramazan ayının sonuncu ongünlüyündə hər gecə qüsl edərdi.
11. Ramazan ayı ilə vidalaşma Cabir ibn Abdullah Ənsari belə nəql edir ki, Ramazan ayının cümə günündə Məhəmməd Peyğəmbərin (s) yanına getdim. Onun gözü mənə sataşanda buyurdu:
"Ey Cabir, bu cümə Ramazan ayının sonudur, odur ki, onunla vidalaş və de:".
اللهم لا تجعله آخر العهد من صيامنا اياه، فان جعلته
فاجعلني مرحوما، و لا تجعلنی محروما
"Allahım, bu Ramazanı bizim üçün axırıncı orucluq ayı etmə. Əgər buna qərar vermisənsə, bizə rəhm et və bizi Öz mərhəmətindən məhrum etmə".
Bunu deyən hər kəs iki yaxşılıqdan birinə nail olacaqdır: ya Allah ona ömür nəsib edəcək və o, gələn ilin Ramazan ayını qarşılayacaq, ya da Allahın mərhəmət və bağışlamasına layiq görüləcək.
Ali Məqamlı Rəhbərin Ramazan ayı ilə bağlı tövsiyələri
Quranı ayələrin mənası haqqında dərindən düşünərək oxumaq Dostlar, çalışın heç vaxt, xüsusilə mübarək Ramazan ayında Quran tilavətini yaddan çıxarmayasınız. Quran sizin həyatınızdan qətiyyən kənarda qalmamalıdır. İmkan tapdıqca, hökmən, Quran oxuyun, Quranın tilavəti isə yalnız insanın oxuduğu ayələrin mənası haqqındadərindən düşündüyü zaman öz təsirini göstərir.
Allahın üstün və seçilmiş bəndələri üçün verdiyi ziyafət Mübarək Ramazan ayının başlaması, əslində müsəlmanlar üçün böyük bayramdır. Yaxşı olar ki, möminlər Ramazanın gəlişi münasibətilə bir-birini təbrik etsinlər və bu aydan mümkün qədər çox faydalanmağı bir-birinə tövsiyə etsinlər. Ramazan Allahın ziyafət ayı olduğundan yalnız ilahi ziyafətə ayaq basmağa layiq olan mömin insanlar bu aya daxil olub Uca və Səxavətli Allahın süfrəsi arxasında otururlar. Bu Allahın Öz kərəmi sayəsində bütün insanlar, bəlkə, dünyadakı bütün varlıqlar üçün verdiyi və hər kəsin bəhrələndiyi ümumi nemətlər süfrəsindən fərqli bir süfrədir. Bu, Allahın üstün və seçilmiş bəndələri üçün üçılan xüssi bir süfrədir.
Ramazanda səmanın və Behiştin qapıları açıqdır Rəvayətlərdə yazılıb ki, Ramazan ayında səmanın qapıları açıq olur, yəni digər aylarla müqayisədə bu ayda insanların Allaha qəlbən yaxınlaşması daha asandır. Rəvayətlərdə bu da var ki, Ramazan ayında Behiştin qapıları açıq olur, yəni orucluğun bərəkəti, bu ayda diqqətini Allaha yönəldib Rəbbi qarşısında itaətkarcasına təslim olmaq sayəsində insanın xeyir işlər görməsi üçün gözəl fürsət və mənəvi güc yaranır.
Nafilə namazları qılmaq Gün ərzində və gecələr qılınan namazlar üçün tövsiyə olunmuş 34 rükətlik nafilə namazları olduqca qiymətlidir. Ramazan ayı bu namazların qılınması üçün gözəl bir fürsətdir.
Ayın əvvəlinin sübut olunması Ayın əvvəli bir neçə yolla sübuta yetirilir:
İnsanın özü ayı görsə. Sözlərindən yəqin hasil olan bir neçə nəfər "ayı gördük" desələr, həmçinin yəqinlik hasil olan bir şey vasitəsilə. Şaban ayının əvvəlindən 30 gün keçmiş olsa, bunun vasitəsilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur. İki adil (ədalətli) kişi "gecə ayı görmüşük" deyə xəbər versələr, amma ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, yaxud verdikləri şəhadət həqiqətin əksinə olsa (məsələn, "ayın dairəsi üfüq tərəfdən idi" deyə xəbər versələr) ayın əvvəli olması sübuta yetmir. Amma əgər bəzi xüsusiyyətləri ayırd etməkdə ixtilaflı olsalar (məsələn, biri " ay ucada idi" digəri isə "ay ucada deyildi" desə), onların deməsi ilə ayın əvvəli sübuta yetir.
Ramazan ayının əməlləri İnsanların mənəvi-psixoloji tərbiyəsinə olduqca böyük təsirə malik olan bu əməllər 2 qrupa bölünür:
1. Mübarək Ramazan ayının müştərək əməlləridir, konkret gecəyə, yaxud günə aid deyil.
Bunlar özləri də 4 qismə bölünür: Mübarək ayın hər gecəsi və hər gündüzü yerinə yetirilən əməllər. Mübarək ayın gecələrinə aid olan əməllər. Bu ayın olduqca fəzilətli səhərlərinə aid olan əməllər. Mübarək ayın gündüzlərinə aid olan əməllər.
*Mübarək Ramazan ayında hər gecə və hər gündüz yerinə yetirilən əməllər Quran oxumaq Günün vacib namazlarından sonra aşağıdakı dualar oxunur:
یا علی یا عظيم يا غفور يا رحيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير و هذا شهر عظمته و كرمته و شرفته و فضلته على الشهور و هو الشهر الذي فرضت صيامه على و هو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدي و الفرقان و جعلت فيه ليلة القدر و جعلتها خيرا من ألف شهر فيا ذًا الن و لا يمن عليک من على بفکاک رقبتى من التيار فيمن تم عليه أدخلني الجنة برحمتك يا أرحم الراحمين