Bruno Durdov (; 11 dekabr 2007, Split, Xorvatiya) — Xorvatiya Futbol Liqası təmsilçilərindən olan "Hayduk Split" klubunda hücumçu kimi çıxış edən peşəkar Xorvatiya futbolçusu.
Klub karyerası Durdov futbolçu karyerasına 6 yaşı olarkən Kaştel Qomlitsa klubunda başlamışdır. 2015-ci ildə isə "Hayduk Split" klubuna məxsus Luka Kaliterna akademiyasına qəbul olmuşdur. 2023-cü ilin payızında oyunçu klub ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamışdır. Müqavilə imzaladıqdan sonra Durdov əsas komanda ilə məşq etməyə başlamışdır. O, peşəkar karyerasında debütünü 5 may 2024-cü ildə "Varazdin" klubuna qarşı oyunda etmiş və 82-ci dəqiqədə Yassin Benraunun əvəzinə meydana daxil olmuşdur.
Durdov peşəkar karyerasında ilk qolunu 21 sentyabr 2024-cü ildə "Qoritsa" klubuna qarşı liqa görüşündə vurmuşdur. Həmin görüşdə dublla yadda qalan Durdov komandasına 4-1 hesabı ilə qələbə qazandırmışdır. 16 yaş 9 ay 10 günlüyündə fərqlənməyi bacaran Bruno "Hayduk Split" klubunda qol vuran ən gənc, Xorvatiya Liqasında isə dubl edən ən gənc futbolçu kimi tarixə düşmüşdür.
Milli karyerası Durdov Xorvatiya U-17 millisi ilə debütünü 15 avqust 2023-cü ildə İslandiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. İlk qoluna isə 6 noyabr tarixində Farer adaları millisə qarşı Avropa U-17 Çempionatının təsnifat mərhələsi görüşündə imza atmışdır. 17 may tarixində Durdov milli komandanın turnir üçün olan heyətinə daxil edilmişdir. O, çempionatda debütünü qrup mərhələsinin ikinci görüşündə Danimarka millisinə qarşı oyunda etmişdir. Uels millisi ilə qrup mərhələsinin son oyununda start heyətdə meydana çıxan Bruno küncdən birbaşa zərbə ilə rəqib qapısına yol tapmışdır. Lakin milli həmin görüşdə rəqibinə məğlub olmuş və qrupda üçüncü yeri tutaraq pley-offa vəsiqə qazana bilməmişdir.
Oyun tərzi Durdov oyun zamanı daha çox sol ayağından istifadə edir. Cərimə meydançasının daxilində oynamağı daha çox sevir. Durdov digər oyunçulardan sürətli driblinqi, çevikliyi, topa ilk toxunuşu və onu dəqiq idarə etməsinə görə fərqlənir.
Şəxsi həyatı Durdov Split şəhərinin Kaştela aqlomerasiyasının Sucuraç qəsəbəsində anadan olmuşdur. Sonralar ailəsi ilə birlikdə Luksiçə köçmüşdür. Toni və Marino adlı iki böyük qardaşı var. Atası Mate də keçmiş futbolçu olub.
Karyera statistikası Klub
+Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuAvropaÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolHayduk Split2023—24Xorvatiya Futbol Liqası200000202024—25Xorvatiya Futbol Liqası42004082Ümumi karyera620040102
İstinadlar
Xarici keçidlər
Oyunçu profili UEFA saytında Oyunçu profili Xorvatiya Futbol Federasiyası saytında
Kateqoriya:Xorvatiya futbolçuları Kateqoriya:Namo Zaqreb FK futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:Xorvatiya U-21 milli futbol komandası futbolçuları