Mikayıl Əjdər oğlu Nəsirov – Azərbaycanlı aktyor, rejissor və ssenari müəllifi. Daha çox bəddi-sənədli filmlərin rejissoru kimi tanınır.
Bioqrafiya Mikayıl Əjdər oğlu Nəsirov 13 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil alıb.
1975-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işıqçı kimi fəaliyyətə başlayıb. Həmin dövrlərdə işıqçı vəzifəsində çalışmasına baxmayaraq verilişlərdə rejissor köməkçisi və rejissor assisenti kimi fəaliyyəti olub.
Rejissor Arif Qazıyevin ekranlaşdırdığı "Niyazi", "Bəstəkar Qara Qarayev. Opus-78" (1979), "Rəşid Behbudov", "Salam Zeynəb" (1982) filmlərində ikinci rejissor kimi fəaliyyət göstərib.
Arif Babayevin ekranlaşdırdığı Alma almaya bənzər (1975) filmində "alma satan", Əlisəttar Atakişiyevin ekranlaşdırdığı Qərib cinlər diyarında (1979) filmində isə "cin" epizodik obrazlarında çəkilib.
1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivi rejissoru" fakültəsinə daxil olub və 1995-ci ildə həmin universiteti bitirib.
Hal-hazırda Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin "Telefilm" studiyasında ali kateqoriyalı kino rejissor vəzifəsində çalışır.
Filmoqrafiya + Aktyor kimi № İl Film Rol 1 1975 Alma almaya bənzər Alma satan 2 1979 Qərib cinlər diyarında Cin 3 2014 Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
+ Rejissor kimi № İl Film Vəzifə 1 1997 Musa dayı rejissor 2 1998 Muğam rejissor 3 2001 Raziyyə Şirinova rejissor 4 2002 Hardasan Mübubət? rejissor 5 2003 İsrafil müəllim (film, 2003) rejissor 6 2003 Əhməd Bakıxanov rejissor, ssenari müəllifi 7 2004 Əbülfət Əliyev rejissor 8 2004 İbrahim Topçubaşov rejissor, ssenari müəllifi 9 2004 Ötən günlərim. Oqtay Ağayev rejissor 10 2005 Nəriman Əliyev rejissor 11 2006 Usta Vaqif rejissor 12 2006 Qəlbin gözü rejissor 13 2007 Rübabə Muradova rejissor 14 2007 Bakı toyları rejissor 15 2007 Qəmbər Hüseynli (film, 2007) rejissor assistenti 16 2009 Nəğməli xatirələr rejissor, ssenari müəllifi 17 2009 Nabat rejissor 18 2010 Ürəklərdə qalaydım. İslam Rzayev rejissor
İstinadlar