Tafililər, tafoslular ( ) və ya teleblər ( ) — Homer, Psevdo-Apollodor və digər qədim müəlliflərin xatırlatdığı mifik xalq. Onlar, əfsanəyə görə, Akarnaniyada yaşayırdılar və naviqasiyada təcrübəli idilər.

Homerdə ("Odisseya") dəniz tacirləri və dəniz quldurları kimi qeyd olunur. Elektrion və Amfitrion miflərində iştirak etmişdilər.

İstinadlar

Kateqoriya:İoni dənizi adaları mifologiyası Kateqoriya:Qədim yunan mifologiyasında xalqlar Kateqoriya:Qədim yunan mifologiyası personajları