Əhməd Əfəndi türbəsi — Azərbaycanın Quba rayonunda yerləşən Xınalıq kəndində türbə.
Tarixi Türbə Əhməd Əfəndi adlı islam aliminə həsr edilmişdir. Əhməd Əfəndi ərəb dilini bilirdi, "Quran" dərsləri demişdir. O, XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində – Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqazda) yaşayıb fəaliyyət göstərmişdir.https://multikultural.az/az/milli-azliqlar/70/uzaqlarda-bir-kend-var/ Bu, Xınalıq kəndindəki türbələr arasında ən sonuncu tikilən türbədir. Aşağı məhəllə qəbiristanlığında yerləşən Əhməd Əfəndi türbəsinin tarixi XIX əsrin sonu–XX əsrin əvvəllərinə aid olunur. Əvvəllər qəbrin üstündə türbə olmamışdır.
İstinadlar
Kateqoriya:Xınalıq Kateqoriya:Quba türbələri