Çaykənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. Kəndə xalq arasında Çay Alxaslı da deyilir.

Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası Tərtər çayının sahilində, dağətəyi ərazidədir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.

Əhalisi Kənd əhalisi 1856 qafqaz təqviminə görə, Azərbaycan dilində danışan kürdlərdən Alxasi tayfasına mənsubdur.

Qalereya

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri Kateqoriya:Çaykənd (Kəlbəcər) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri