Ağlım Haradadır? () — Amerikalı alternativ rok qrupu Pixies-in mahnısıdır. 1988-ci ildə çıxan debüt albomu Surfer Rosa-nın yeddinci parçası kimi buraxılmışdır. Mahnı 2021-ci ildə Rolling Stone jurnalının "Bütün Zamanların 500 Ən Yaxşı Mahnısı" siyahısında yer almış və 493-cü sırada qərarlaşmışdır.
Haqqında Mahnı, Black Francis tərəfindən Massachusetts Amherst Universitetində oxuyarkən yazılıb və Karib dənizində dalğıc olduğu zaman yaşadığı təcrübələrdən ilham alıb. O dalğıclıq edərkən öz gördüklərini belə ifadə edib, "Mənim arxamca qaçan çox kiçik balıqlar var idi. Niyə belə olduğunu bilmirəm? balıqların davranışı haqqında çox şey bilmirəm".
Gitarist Joey Santiago mahnının gitara xəttini tərtib edib. O, öz rolundan belə danışıb: "Bu, əslində, cəhd etdiyim ilk şey idi. Hətta dərhal güclü və cəlbedici səslənən bir tənbəl arpeggio idi."
Tanınması 1999-cu ildə Fight Club filmində (mahnının son səhnədə səsləndiyi film) yer aldıqdan sonra, mahnı daha geniş bir dinləyici kütləsinə çatdı. 2009-cu ildə Avstraliyanın Triple J radiosunun keçirdiyi "Hottest 100 of All Time" musiqi sorğusunda yarım milyondan çox səs toplayaraq 29-cu yerə layiq görülmüşdür.
All Elite Wrestling-in Orange Cassidy və Best Friends qrupu "Where Is My Mind?" mahnısını yeni giriş teması olaraq 2021-ci ilin mart ayında istifadə etməyə başladı. AEW-nin baş icraçı direktoru Tony Khan, mahnının istifadəsi üçün çoxillik bir müqavilə imzaladı və "AEW-də mahnının hər istifadəsi bizim məzmun kitabxanamızda əbədi yaşayacaq" dedi. 2022-ci ildən etibarən Cassidy "Where Is My Mind?"-ı istifadə etməyi dayandırdı və onun əvəzinə Jefferson Starship-in "Jane" mahnısını seçdi. Lakin Cassidy, 2024-cü ildə yenidən "Where Is My Mind?" mahnısını istifadə etməyə başladı.
İstinadlar
Kateqoriya:1988-ci ilin mahnıları