F-Droid — Android ƏS-i üçün azad və açıq kodlu proqramlar mağazası və repozitoriyası. Əsas repozitoriyada yerləşən bütün tətbiqləri də azad və açıq kodludular. Tətbiqləri F-Droid-un klientindən axtarmaq və quraşdırmaq, və ya layihənin veb-saytından baxıb, APK fayl kimi yükləyib quraşdırmaq olar. F-Droid-dan (klient və veb-sayt) istifadə etmək üçün hesab yaratmaq tələb olunmur. F-Droid-un klienti Google Play-də mövcud deyil, onu layihənin rəsmi saytından yükləyib, quraşdırmaq olar.
İstinadlar
Kateqoriya:Android proqramları Kateqoriya:Azad proqram təminatı Kateqoriya:Proqram təminatının yayılma platformaları
Kateqoriya:Mobil texnologiya Kateqoriya:Proqram təminatının saxlanılması