Dumdi Dumdi () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ilk sinql albomu. 3 avqust 2020-ci ildə həm koreyaca versiya, həm də çincə versiya ilə buraxılmışdır. Fiziki buraxılış iki versiyadan ibarətdir: "Day" və "Night". Alboma iki sinqldan ibarətdir. Qrup üzvləri albomun hazırlanmasında aktiv iştirak etmişdirlər. "Dumdi Dumdi" ən çox satılan ikinci qız qrupu sinql albomu rekordunu yeniləmişdir.
Buraxılması 14 iyul 2020-ci ildə qrupun avqustun əvvəlində geri dönüş edəcəyi açıqlanmışdır. 17 iyulda qrup alboma daxil olan əsas mahnının adını açıqlamış, yay mövzusunda tizer paylaşmışdır.
21 iyulda "Cube Entertainment" mahnı haqqında fərqi şərhlər yayımlanmış və konsept fotolar buraxılmışdır. "Dumdi Dumdi" albomunun buraxılışı üçün qrup "Naver" şirkətinin "Happybean Good Action" tədbirində iştirak etmişdir. Tədbir ərzində yığılmış məbləğ tibbi və psixoloji sağlamlığa dəstək olmaq üçün bağışlanmışdır. 3 avqustda qrup tanıtım performansı gerçəkləşdirmiş, albomu tanıdaraq "Drum Dance" adlı xoreoqrafiyanı ifa etmişdir.
Albomun iki versiyası buraxılmışdır: "Day" və "Night". "Day" versiyasında hovuz və günəş göstərilmişdir, "Night" versiyasında qrupun xüsusi gecə şənliyi əks olunmuşdur.
Sinqllar Albom iki sinqldan ibarətdir. "I'm the Trend" 28 iyun 2020-ci ildə anons edilmişdir. Sinql kimi 7 iyul 2020-ci ildə buraxılmışdır. Minni və Uqi tərəfindən bəstələnmiş bu mahnı latın musiqi ritmində olub qrupun əvvəlki mahnılarından bəhs edir. "Dumdi Dumdi" yay mahnısı olub tropik təbil səsinə və munmbaton ritmə malikdir. Mahnı gənclik və əyləncə mahnısıdır.
Qəbul "Dumdi Dumdi" buraxılıdığı ilk həftə ərzində 94,587 nüsxə sataraq "Hanteo" hit-paradında ikinci yeri tutmuşdur. Albom ən çox satılan ikinci qız qrupu sinql albomu olmuşdur. Albom "Gaon" albomlar hit-paradında 2-ci yeri tutmuşdur.
Trek siyahısı
İstinadlar
Kateqoriya:I-dle albomları Kateqoriya:2020-ci ilin musiqi albomları Kateqoriya:Sinql albomları