Ciu-citsu: yer naminə müharibə () — rejissor Dimitri Loqotetisin 2017-ci ildə Loqotetis və Cim Makqrat tərəfindən yazılmış eyniadlı komiks əsasında çəkdiyi fantastik döyüş filmidir. Əsərin ekran adaptasiya versiyası olan filmdə əsas rolları Alen Mussi, Frenk Qrillo, Juju Çan, Toni Caa və Nikolas Keyc ifa etmişdirlər.
Film 20 noyabr 2020-ci ildə ABŞ və Kanadada nümayiş olunmuşdur. Film Rusiyada isə 24 noyabr 2020-ci ildə onlayn kinoteatrlarda nümayiş olunmuşdur.
Süjet xətti Min illərdir ki, dünya Qədim Döyüş Sənəti Ordeni tərəfindən mühafizə olunur. Bir yadplanetli irqi Yer kürəsini zəbt etdiyi zaman, ordenin döyüşçüləri, planeti mühafizə edərək onun ələ keçirilməsinin qarşısını almışdır. Ancaq buna baxmayaraq tarazlıq pozulmuş və növbəti işğal üçün rəvac yaranmışdır, amma bu işğal sonuncu ola bilər. Amneziyadan əziyyət çəkən müdafiə veteranı olan Ceyk bəşəriyyətə revanş almaq şansı vermək üçün sirli səyyah olan yeni nəsil Orden döyüşçüləri ilə birləşməlidir.
Rollarda
İstinadlar
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:2020-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:Birinci şəxs nöqteyi-nəzərindən çəkilmiş filmlər Kateqoriya:Komikslərə əsaslanan bədii filmlər Kateqoriya:Amneziya haqqında filmlər Kateqoriya:Döyüş sənəti elmi fantastika filmləri