Ağayeva Sürayə Xosrov qızı () — Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar incəsənət xadimi, professor.
Həyatı 29 aprel 1947-ci ildə Bakıdan dünyaya gəlmişdir. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi idi. Muğam sənəti ilə bağlı Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı materilların müəllifidir. 95 elmi əsəri çapdan çıxıb. 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adı ilə təltif olunub.
19 oktyabr 2024-cü ildə vəfat edib.
İstinadlar