Panafina oyunları (, ) — qədim Afinada şəhərin himayədarı, ilahə Afinanın şərəfinə keçirilən ən böyük dini və siyasi festivallar.

Tarixi Psevdo-Apollodora görə, "Panafiney" kimi tanınan festival padşah Erixtoni tərəfindən təsis edilmişdir.Аполлодор, Мифологическая библиотека III, 14.6 Bu şənliklərdə iştirak etmək üçün oyunlardan sonra vəfat edən Krit şahzadəsi Androgey Attikaya gəlmişdir.Аполлодор, Мифологическая библиотека III, 15.7 Harpokrationa görə, oyunlar əvvəllər "Afiney" adlanırdı.Гарпократион, Лексикон десяти ораторов / ΠΑΝΑΘΗΝΑΙΑ Tesey Attikanın yaşayış məntəqələrini vahid dövlətdə birləşdirərək bayrama yeni bir ad vermişdir – "Panafiney", yəni "bütün afinalılar üçün bayram".Плутарх, Сравнительные жизнеописания. Тесей, 24.

İstinadlar

Kateqoriya:Qədim Yunanıstanda idman Kateqoriya:Qədim Afina Kateqoriya:Afina (tanrı)