Orxan Hüseynzadə (tam adı: Orxan Rüfət oğlu Hüseynzadə; ) — Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı

Həyatı Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012–2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

2018-ci ildən 2024-cü ilə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Mükafatları 23 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər Hüseynzadə Orxan Rüfət oğlu

Kateqoriya:Ağdaş Rayon İcra Hakimiyyətinin başçıları