Xalq Nəzarəti Komitəsi — SSRİ-də dövlət nəzarəti sisteminin orqanlarından biri. Dövlət planlarının icrasına, nizam-intizamın pozulmasına, təsərrüfat ehtiyatlarının müəyyən edilməsinə, vəsaitlərin xərclənməsinə nəzarət funksiyalarını yerinə yetirmişdir.
Strukturu Qurumun strukturu belə idi:
SSRİ Xalq Nəzarəti Komitəsi İttifaq respublikalarının xalq nəzarəti komitələri, Muxtar respublikaların, ərazilərin, vilayətlərin, muxtar vilayətlərin, rayonların, şəhər və rayonların xalq nəzarəti komitələri, habelə Zəhmətkeş xalq deputatları kənd və qəsəbə sovetləri yanında xalq nəzarəti qrupları, Müəssisələrdə, kolxozlarda, idarələrdə, təşkilatlarda və hərbi hissələrdə xalq nəzarəti komitələri, qrupları və postları.
Komitənin tərkibi SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilirdi. Komitənin sədrini SSRİ Ali Soveti təyin edirdi və SSRİ hökumətinin nümayəndəsi idi.Шорина Е. В. Контроль народный // Большая Советская Энциклопедия (1969–1978). — Доступ из Яндекс. Словари.
İstinadlar
Kateqoriya:SSRİ iqtisadiyyatı Kateqoriya:Keyfiyyətə nəzarət Kateqoriya:SSRİ-nin dövlət təşkilatları