Kürdlərdə islamçılıq — kürd xalqı arasında yayılmış islamçılıq elementləri. Bunun formalaşması 1920-ci illərə təsadüf edir. İslamçılıq islamı siyasi sistemlərə tətbiq etməyi hədəfləyən siyasi hərəkatdır. Kürdüstanda islamçılıq tarixi vahid anlayış deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir.
Tarixi Kürdüstanda islamçılığın erkən tarixi var. Osmanlı imperiyasının süqutu zamanı kürdlərin böyük əksəriyyəti onu xilas etmək üçün ciddi mübarizə aparmışdı.McDowall, David (1996). A Modern History of the Kurds. London: I.B. Tauris. pp. 131–137. ISBN 1850436533.Gingeras, Ryan (2022). The Last Days of the Ottoman Empire. Dublin: Random House. pp. 204–206. ISBN 978-0-241-44432-0. Osmanlı hakimiyyəti kürdlərə imperiyaya sadiq müsəlman azlıq kimi baxır və onlara digər müsəlmanlarla bərabər yanaşırdı,Denise Natali (2004) "Ottoman Kurds and emergent Kurdish nationalism", Critique: Critical Middle Eastern Studies,13:3, 383-387, DOI: 10.1080/1066992042000300701 lakin Osmanlı imperiyası süquta uğramış və onun yerinə Türkiyə Respublikası gəlmişdi. Sekulyarizm və türk etnik milliyyətçiliyi üzərində qurulan yeni Türkiyə dövləti bir anda kürd əhalisini hədəfə almışdır. Bu proses onların bütün varlığını inkar etməyə və türkləşdirməyə müqavimət göstərənləri öldürməyə qədər uzanmışdır. Kürdlər həmçinin, sekulyar milliyyətçi rejimlər tərəfindən idarə olunan yeni yaradılmış Suriya və İraqda da təqiblərə məruz qalmışdılar. İslamçı kürdlər yeni yaradılmış ölkələrdən ayrılmaq və islam hakimiyyətini Yaxın Şərqə qaytaracaq öz dövlətlərini qurmaq üçün mübarizə aparmışdılar. İslam tarixən kürd istiqlal hərəkatının əsası və motivi olmuşdur. Bu, kürd istiqlal hərəkatında daha sonra sekulyar milliyyətçilərin üstünlük təşkil etdiyi vaxta qədər belə qalmışdır.Bruinessen, M. (1991) "Religion in Kurdistan." Kurdish Times. New York, vol.4, nos 1-2. pp.5-27 Bu, Şeyx Səid və Mahmud Bərzəncinin üsyanları zamanı, həmçinin Osman Əbdüləziz, Maşuq Xəznəvi, Şeyx Übeydullah və Simkonun başçılıq etdiyi üsyanlarda özünü büruzə vermişdi.
İraq Kürdüstanı İraq Kürdüstanında siyasi islam əsasən Osman Əbdüləziz tərəfindən təqdim edilmişdi. O, "Müsəlman qardaşlar"na sadiq idi və Hələbcədə fəaliyyət göstərirdi. Osman Əbdüləzizə qədər dindar kürdlər siyasətlə o qədər də məşğul deyildilər. "Müsəlman qardaşlar" ideyaları da ilk dəfə İraq Kürdüstanına 1940-cı illərin əvvəllərində Bağdadda təhsil almış kürdlər tərəfindən gətirilmişdi.Karadag, Lokman. 2017. Kürt Siyasal Hareketinde Islami Bir Aktör:Kürdistan, pp. 64-66 Bəzi kürdlərin "Müsəlman qardaşlar"da yüksək vəzifələr tutmasına baxmayaraq, onlar kürdlər arasında populyar deyildi.Siwayli, Idris. 2017. Iraqi Kurdish case in Muslim Brotherhood agenda, pp. 4 Həm Mustafa Bərzani, həm də Cəlal Təlabani Osman Əbdüləzizi tanıyır və ona böyük hörmət bəsləyirdilər. Birinci İraq–kürd müharibəsi zamanı Bərzani Osman Əbdüləziz və tərəfdarlarının KDP ərazisində sərbəst fəaliyyət göstərməsinə icazə vermişdi. 1974-cü ildə Osman Əbdüləziz Bərzaninin tapşırığı ilə Səudiyyə Ərəbistanına diplomatik missiya ilə getmişdi.Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 17-18Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 43-44 1970-ci və 1980-ci illərdə İraq Kürdüstanında əsas islamçı qruplar biri sorani kürdləri (Hələbcə, Süleymaniyyə, qismən də Kərkük və Ərbil) və biri də kurmanci kürdləri (Duhok, qismən də Neynəva və Ərbil) üçün olmaqla iki müstəqil "Müsəlman qardaşlar" qruplaşması idi.Karadag, Lokman. 2017. Kürt Siyasal Hareketinde Islami Bir Aktör:Kürdistan, pp. 69-83
İraq–İran müharibəsi zamanı İraqdan olan bir çox kürd islamçı İran Kürdüstanından sığınacaq istəmiş və burada İran kürd islamçıları tərəfindən qəbul edilmişdi. İran "İraq müsəlman qardaşlar"ı İran uğrunda döyüşməyə inandırmağa çalışmışdı, çünki "Müsəlman qardaşlar"ın İran inqilabını dəstəklədiyi və sünni ilə şiələr arasında birliyə çağırdığı məqamlar var idi, lakin İran "Müsəlman qardaşlar"ı müharibə zamanı Səddam Hüseyni dəstəkləməkdə ittiham edən zaman onların münasibətləri pisləşmişdi.Nada, Youssef, with Thompson, Douglas. 2012. Inside the Muslim Brotherhood, 59-64
Buna başqa bir səbəb İranın 1982-ci ildə Əsəd rejimi tərəfindən törədilən qətliama məhəl qoymaması idi və buna görə Səid Həvva İranı tənqid etmişdi.Aslan, Yakup. 2014. Bir Rüyanin Ardindan Gerçeklesen Sessiz Devrim, pp. 192 İran–İraq müharibəsi zamanı "Müsəlman qardaşlar"ı ərəb milliyyətçiliyinin artmasına səbəb olmuş və bu, təşkilatın kürd üzvlərinin ərəb üzvlərindən fərqləndirilməsinə səbəb olmuşdu. Təşkilat parçalandıqdan sonra Osman Əbdüləziz bir çox kürd islamçı hərəkatlarının yaradıcısı olan Kürdüstan İslam Hərəkatını təsis etmişdir.Romano, David. 2007. An outline of Kurdish Islamist groups in Iraq', pp. 8Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridiscipli- naire sur la mouvance islamiste kurde, pp. 54-59Shareef, Mohammed. 2015. 'Kurdish Islamists in Iraq: from the Muslim Brotherhood to the So-Called Islamic State: Continuity or Departure?, pp. 20-21 KİH İran–İraq müharibəsində, Osman Əbdüləzizin məşhur şəkildə cihad elan etdiyi və qrupunda minlərlə islamçı kürdün olduğu vaxt mübarizə aparmışdı, baxmayaraq ki, KİH yalnız Osman Əbdüləziz 1991-ci il İraq üsyanları zamanı ikinci cihad elan etdikdən sonra əhəmiyyətli bir qrup olmuşdu. İranda sürgündə yaşayan və ya Əfqanıstanda SSRİ-yə qarşı döyüşən bir çox islamçı kürdlər Kürdüstana qayıdıb Osman Əbdüləzizə qoşulmuşdular. Onların arasında Əfqanıstandan qayıdan Molla Krekar, İrandan qayıdan Əli Bapir də var idi.Romano, David. 2007. An outline of Kurdish Islamist groups in Iraq', pp. 8-10Shareef, Mohammed. 2015. 'Kurdish Islamists in Iraq: from the Muslim Brotherhood to the So-Called Islamic State: Continuity or Departure?, pp. 27-31Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridiscipli- naire sur la mouvance islamiste kurde, pp. 80-87 Bir çox kürd islamçı Əfqanıstanda olmuş, orada ya SSRİ-yə qarşı vuruşmuş, ya da Kürdüstanda yararlanmaq üçün "Taliban" və ya "Əl-Qaidə"dən təlim almışdılar. Kürd islamçılar da Əfqanıstandakı Üsamə bin Ladenə mütəmadi olaraq nümayəndə heyətləri göndərirdilər və Üsamə bin Laden kürd islamçıları arasında fraksiyaçılığı görüb onlara fikir ayrılıqlarını həll etməyi və yenidən birləşməyi tövsiyə edirdi.Schanzer, Jonathan (January 2004) "Ansar al-Islam: Back in Iraq :: Middle East Quarterly". Middle East Quarterly. Archived from the original on 2016-11-29. Retrieved 2016-11-28.
Digər islamçı kürdlərdən fərqli olaraq, "Müsəlman qardaşlar"da qalan Səlahəddin Bahaəddin BƏƏS İraqına qarşı üsyan etməkdən imtina etmiş və bunun əvəzinə islamçı zorakılıqsız kampaniyaya çağırmışdır.Obeid, Adel Ahmad. 2010. 'L'islamisme en mutation : Une étude pluridiscipli- naire sur la mouvance islamiste kurde, pp. 58 Səlahəddin Bahaəddin digər islamçı kürdlərdən təcrid olunmuş və 1994-cü ildə Kürdüstan İslam İttifaqını yaratmışdır. Osman Əbdüləziz populyarlıq qazanırdı, KİH isə sürətlə güclənirdi. Nəhayət, KİH ilə KYB və KDP-nin rəhbərlik etdiyi Kürdüstan Regional Hökuməti arasında münaqişə yaranmışdı. Daha sonra bu münaqişə atəşkəs çərçivəsində sona çatmış, KİH-nin KRH-də iştirakına icazə verilmiş və onun üçüncü əhəmiyyətli tərəfi olmuşdur.Faleh A. Jabar and Hosham Dawod, The Kurds: nationalism and politics (London: Saqi), 203-230.
Demokratiyaya haram baxan İMK üzvlərinin əhəmiyyətli bir hissəsi İMK-dan ayrılaraq bir çox fərqli fraksiyalara ayrıldı. Molla Krekar sonralar kürd islamçılarının aparıcı simalarından biri kimi ortaya çıxdı. Əsasən qlobal xilafətin tərəfdarı olan əsas sələfi islamçılığından fərqli olaraq, Molla Krekar sələfi islamçılığının bir formasını təqdim etdi və burada diqqəti kürd məsələlərinə yönəltdi. O, kürdlərin müstəqilliyinin alovlu tərəfdarı idi və Kürdüstanı keçərək öz nəzarətini genişləndirməyi planlaşdırmırdı. O, başqa millətçi fikirlərə sahib idi, lakin o, millətçiliyin dinlə ziddiyyət təşkil edən komponentlərindən imtina etdi.Gade, Tine; Palani, Kamaran (22 May 2022). "The hybridisation of religion and nationalism in Iraqi Kurdistan: The case of Kurdish Islam". Third World Thematics: A TWQ Journal. 5 (3–6): 221–241. doi:10.1080/23802014.2022.2070269. hdl:11250/2999460. S2CID 249036504."Does Kurdish jihadist group threaten Hayat Tahrir al-Sham in north Syria? - Al-Monitor: The Pulse of the Middle East" . http://www.al-monitor.com . 20 June 2021. from the original on 5 May 2022. Retrieved 27 March 2022.Aymenn Jawad Al-Tamimi (11 May 2014). "Key Updates on Iraq's Sunni Insurgent Groups". Brown Moses Blog. Archived from the original on 28 January 2015. Retrieved 26 May 2014.
Molla Krekara bir çox digər sələfi kürdləri qoşulmuşdur. Onlar daha sonra 2001-ci ildə Havramanda torpaqları ələ keçirmiş və Byara İslam Əmirliyini yaratməşdılar. İslam Əmirliyində "İslah" və "Cund əl-İslam" birləşərək "Ənsarül-İslam"ı meydana gətirmişdilər."Ansar al-Islam in Iraqi Kurdistan." Human Rights Watch, Date unknown. Web. 18 October 2010. "Ənsarül-İslam" çox sürətlə böyümüş və böyük təsirə malik olmuşdur. "Ənsar əl-İslam"ın hücumları o qədər təsirli olmuşdu ki, KRH tərəfindən Əks-Terrorizm Qrupunun yaranmasına səbəb olmuşdur. "Ənsarül-İslam" təşkilatı "Vikinq Hammer" əməliyyatı zamanı ABŞ-nin bombalama kampaniyası İslam Əmirliyini sona çatdırana qədər Byara İslam Əmirliyi üzərində nəzarətini saxlamışdır. "Ənsarül-İslam" Həmrin dağlarına köçmüş və İraq üsyanlarında vuruşdu. 2005-ci ildə KRH və demokratiyaya nifrəti ilə tanınan Əli Bapir KRH parlamentinə seçkilərdə iştirak etmi, Kürdüstan Ədalət Qrupu KİH və Kİİ-dan sonra üçüncü islamçı partiya olmuşdur.Obeid, Adel Ahmad.'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 22-23Obeid, Adel Ahmad.'L'islamisme en mutation : Une étude pluridisciplinaire sur la mouvance islamiste kurde, pp. 80-83 "Kürdüstan Briqadaları" və "Ənsarül-İslam" hər ikisi bütün qeyri-müsəlmanları və onların təsirini Kürdüstandan çıxarmağa çalışırdı. "Ənsarül-İslam" xüsusi olaraq aysor xristian Franso Həririni hədəf almış və daha əvvəl onun həyatına 2 uğursuz cəhddən sonra onu qətlə yetirmişdir.Education for Peace in Iraq Center > 08/23/02 ( DNN 2.0.3 )
Byaranın süqutundan sonra Əbu Abdullah əl-Şafii "Ənsarül-İslam"ın lideri olmuş, Molla Krekar isə 2015-ci ildə həbs olunana qədər "Rəvti Şax"ı qurmuş və ona rəhbərlik etmişdir. Kürdüstanda İslam Dövləti ilk dəfə 2014-cü ildə meydana çıxanda "Ənsarül-İslam" və "Kürdüstan Briqadaları" İslam Dövlətinə qarşı vuruşmuşdular. Aylarla davam edən döyüşlərdən sonra İslam Dövləti qalib gəlmişdir. Həm "Kürdüstan Briqadaları", həm də "Ənsarül-İslam" kəskin şəkildə zəifləmişdi və "Ənsarül-İslam"!Cəbəl əl-Əkrada köçmüşdü. 2010-cu ildə verdiyi müsahibədə Molla Krekar ərəb cihadçılarından şikayətlənərək iddia etdi ki, kömək istədikdə kürd cihadçılar səxavətlə Sünni üçbucağında kömək təklif etdilər, halbuki kürd cihadçılar kömək istədikdə ərəb cihadçılar kömək etməmək üçün yalnız bəhanələr gətirirdilər.Brynjar Lia; "A Kurdish al-Qaida? Making Sense of the Ansar al-Islam Movement in Iraqi Kurdistan in the Early 2000s", pp. 5
İran Kürdüstanı