Ant Wan (əsl adı: Antvam Afram; ) — İsveç repçisi. Vesterosun Råby bölgəsində böyüyüb. Onun beş trekdən təşkil etdiyi "Wow" adlı minialbomu "İsveç albomlar hit-paradı"nda birinci pilləyə çatıb.
İsveçdə suriyalı ailədə doğulub. Aramilərdəndir. 15 yaşından bəri musiqi ilə məşğul olur. Fəaliyyətinə qanqsta rep janrlı mahnılar yazmaqla başlayıb. İlk mahnılarını 2016-cı ildə Råby təxəllüsü ilə yayımlayıb. 2019-cu ilin dekabrında Bando Kids Music leyblını təsis edib. Bu şirkət repçilər Christian "10an" Homsi və 2M ilə müqavilə imzalamışdı. Onların hər ikisi törətdikləri cinayət əməlinə görə saxlanıldıqdan sonra bu şirkət 2021-ci ildə fəaliyyətini sonlandırmalı olmuşdur.
Onun 12 oktyabr 2024-cü il tarixində Stokholmdakı Tele 2 Arena-da (futbol stadionu) baş tutan konsertinə 40,899-dən çox tamaşaçı qatılıb. O, bununla Madonnanın 2015-ci ildə həmin məkanda keçirilən rekordunu (40,557) təzələyib. İsveçdə bu uğura nail olan yeganə repçidir.
Diskoqrafiya Studiya albomları Adı Buraxılış ili Hit-paradlarda tutduğu mövqe SWE NORPeaks in Norway: Wow 2: The Only Wan: Wanderland: 724 2020 2 — 710 (Deluxe) 4 — Leylas World 2021 1 — Wow 2 1 38 The Only Wan 2022 1 30 Wanderland 2024 1 23
Minialbomları Adı Buraxılış ili Hit-paradlarda tutduğu mövqe SWE Wow 2019 1 Ghettostar 4 Kapitel 21 1 For Those Who Believed 2024 1
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsveç repçiləri