Mərəh qızıl yatağı — Azərbaycanın Göygöl rayonunda yerləşən qızıl yatağı. "Çovdar" yatağının şimalında yerləşir. 2018-ci ildə "AzerGold"-un geoloqları tərəfindən kəşf edilib. İstismarına 2021-ci ilin iyul ayında başlanılıb.

Mərəh yatağından əldə edilə bilən qızıl ehtiyatı təxminən 37,414 unsiya olaraq qiymətləndirilir. Yataqdan çıxarılan filizlərin emalı Daşkəsən rayonunda yerləşən "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) aparılır.

İstinadlar

Kateqoriya:Azərbaycanın qızıl yataqları