Yataq böcəyi — qanla qidalanan, gecə fəaliyyət göstərən parazitik mikropredator həşərat növü. Əsas növlərindən biri olan "Cimex lectularius" (ümumi yataq böcəyi) və "Cimex hemipterus" (tropik yataq böcəyi) insanları və digər isti qanlı heyvanları dişləyərək qidalanır. Bu böcəklərin dişləmələri dəridə qızartılar, qabarcıqlar və allergik reaksiyalara səbəb ola bilər. Hərçənd ki, infeksion xəstəliklər yaymırlar, dişləmələri psixoloji və fiziki narahatlıqlar yarada bilər.
Tarixi Yataq böcəkləri təxminən 3,500 il əvvəl Misirdə insan parazitləri kimi məlum olmuşdur. İlk yazılı məlumatlar qədim Yunanıstana aiddir və e.ə. 400-cü ildən əvvəlki dövrlərə təsadüf edir. Aristotel və Plini kimi qədim alimlər yataq böcəklərindən bəhs etmiş, onların ilan dişləmələri və qulaq infeksiyalarının müalicəsində istifadə edildiyini qeyd etmişdir.
XVIII əsrdə İngiltərədə yataq böcəklərinin şəhərlərə odunlarla yayıldığı iddia edilirdi. İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrdə bu həşəratlar böyük ölçüdə məhv edilsə də, 1990-cı illərdən sonra infestasiyalar yenidən artmışdır. Yataq böcəklərinin yayılmasının səbəbləri arasında beynəlxalq səyahət, ikinci əl əşyaların alqı-satqısı və pestisidlərə qarşı müqavimət yer alır.
Növləri Yataq böcəkləri əsasən iki növdən ibarətdir:
Cimex lectularius: Soyuq iqlimlərdə, xüsusilə inkişaf etmiş ölkələrdə yayılmışdır. Cimex hemipterus: Tropik ərazilərdə rast gəlinir.
Bu böcəklər 1-7 mm ölçüdə olub, yatarkən insanların bədəninin açıq hissələrinə hücum edirlər.
Xüsusiyyətləri Yataq böcəklərinin dişləmələri qızartılar, qaşınmalar və bəzən qabarcıqlar yaradır. Dişləmənin təsiri insandan insana fərqlənir: bəziləri heç bir reaksiya hiss etməsə də, digərlərində şiddətli qaşınma və allergik reaksiyalar görülə bilər. Nadir hallarda bu dişləmələr dəri infeksiyasına səbəb ola bilər.
Müalicəsi Yataq böcəyi dişləmələrinin müalicəsi əsasən simptomların azaldılmasına yönəldilir. Antihistaminlər və kortikosteroidlər istifadə edilə bilər. Müalicə edilmədikdə, simptomlar adətən 1-2 həftə ərzində öz-özünə keçir. Evdə infestasiyanın qarşısını almaq üçün paltarların yüksək temperaturda yuyulması,p estisidlərin və xüsusi mübarizə üsullarının tətbiqi, həmçinin otaqların müntəzəm təmizlənməsi və tozsoranla vakumlanması lazımdır. Yataq böcəklərinin yayılmasının qarşısını almaq üçün yeni yerlərə səyahət edərkən əşyaların yoxlanması, köhnə mebel və yataq dəstlərinin diqqətlə təmizlənməsi, həmçinin evdə müntəzəm təmizlik və yoxlama işlərinin aparılması tövsiyə edilir. Yataq böcəklərini məhv etmək üçün effektiv üsullar otağın temperaturunu 50 °C-yə qədər qaldırmaq, yataq dəstlərini və paltarları yüksək temperaturda yumaq və pestisidlərdən istifadə etmək lazımdır.
Buna baxmayaraq, yataq böcəkləri pestisidlərə qarşı davamlıdır, buna görə qeyri-kimyəvi üsullar və onların kombinasiyası daha təsirli hesab edilir. Qədim dövrlərdə yataq böcəklərini məhv etmək üçün təbii vasitələrdən, məsələn, qara istiot, tütün və çöl nanəsi kimi bitkilərdən istifadə olunurdu. XX əsrdə küllü torpaq və tüstü də yataq böcəklərinə qarşı təsirli vasitələr kimi istifadə edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Bed bug on the University of Florida/IFAS Featured Creatures Web site
Bed bugs – University of Sydney and Westmead Hospital Department of Medical Entomology Kateqoriya:Ziyanverici cücülər