thumb| Estlyandiya quberniyasının xəritəsi. Estlyandiya və ya Estlandiya — müasir Estoniyanın şimal hissəsinin tarixi adı.
XIII əsrin əvvəllərində Qılıncdarlar Ordeninin alman cəngavərləri və Danimarka kralı II Valdemarın vassalları tərəfindən fəth edilmişdir. 1346-1561-ci illərdə Livoniya ordeninin bir hissəsi idi. Livoniya konfederasiyasının dağılmasından sonra İsveçin tərkibində olmuş, 1710-cu ildə Rusiya imperiyası tərəfindən fəth edilmişdir.
İstinadlar
Kateqoriya:Estoniya tarixi Kateqoriya:Tarixi vilayətlər