Təknə (təhnə) — Azərbaycanda ev məişətində istifadə olunan qab. Ağacdan düzəldilir. Qabdan xəmir yoğurmaq, həmçinin süd məhsulları (qaymaq və s.) hazırlamaq üçün işlədilir. Dərinliyi 7-8 sm (bəzən 10-15 sm-dək) olur. Forması uzunsov və dairəvi olur. Azərbaycanda erkən orta əsrlərdən təknə qabından geniş istifadə edildiyi məlumdur.

İstinadlar

Kateqoriya:Məişət alətləri Kateqoriya:Mətbəx avadanlığı