Anodorhynchus hyacinthinus – Cənubi Amerikanın mərkəzi və cənubunda yaşayan böyük tutuquşu növü. Bu növ Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında "Həssas" kateqoriyasında təsnif edilmiş və mühafizə altına alınmışdır.BirdLife International (2016). "Anodorhynchus hyacinthinus". IUCN Red List of Threatened Species. 2016: e. T22685516A93077457. doi:10.2305/IUCN. UK.2016–3. RLTS. T22685516A93077457.en.
Taksonomiya "Anodorhynchus hyacinthinus" ilk dəfə 1790-cı ildə İngiltərə həkimi, ornitoloqu və rəssamı Con Lethem tərəfindən "Psittacus hyacinthinus" adı ilə təsvir edilmişdir. 2000-ci ildə Toni Pittmen tərəfindən irəli sürülən fərziyyəyə görə, Lathemin təsvir etdiyi quş görünüşcə "Anodorhynchus hyacinthinus" növünə uyğun olsa da, onun uzunluq ölçüləri əslində başqa quş nümunəsini təsvir etdiyini göstərə bilər. Bununla belə, Lethemin təsvirləri taxidermik nümunəyə əsaslanırdı və bu nümunə 1822-ci ilə qədər mövcud idi.
Xüsusiyyətləri "Anodorhynchus hyacinthinus" uzunluğuna görə dünyada ən böyük tutuquşu növüdür. Bu quşun uzunluğu 1 metrə qədər çatır və çəkisi 1,2 ilə 1,7 kq arasında dəyişir. Qanadları 38,8 ilə 42,5 sm uzunluğunda olur. Lələkləri tamamilə mavi rəngdədir, yuxarı hissədə daha açıq tonlar hakimdir. Boyun lələkləri isə bəzən bir qədər boz rəngdə ola bilər. Üz xüsusiyyətləri arasında, göz ətrafında tünd sarı rəngli halqa və dimdiyin altındakı sarı rəngli hissə diqqət çəkir.Hagan, E. (2004). Anodorhynchus hyacinthinus . Animal Diversity Web.
İstinadlar
Kateqoriya:Tutuquşular Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Həssas növlər Kateqoriya:Ev heyvanları Kateqoriya:Danışan quşlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Con Latam tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1790-cı ildə təsvir edilən quşlar