Brilyant Camal qızı Babayeva () — Azərbaycan aktrisası, aparıcı səhnə ustası.
Həyatı Babayeva Brilyant Camal qızı 1963-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1979-cu ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamışdır. 1987-ci ildə M. A. Əliyev adına İncəsənət İnstitunun "kino-dram aktyoru" ixtisası üzrə bitirmişdir. 1987/1989-cu illərdə aktrisa, 1996-cı ildən 1-ci dərəcəli aktrisa, 1997-ci ildən yüksək dərəcəli aktrisa, 2002-ci ildən Aparıcı səhnə ustası olaraq çalışıb.
2 avqust 2025-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Teatr səhnəsindəki rolları S. Rəhman "Yalan" -
R. Əlizadə "Kəndimizin narları" — Leyla
A. Abdullazadə "Evlərin axşamları" — Sevda
R. Əlizadfə "Dadaşbala əməliyyatı" — Şəfiqə
Ə. Əylisli "Vəzifə" – Sona
V. Rasputin "Halallıq" — Ninka
R. Əlizadə "Doğmalar" — Mirvari
M. Sebastian — Məktəbli qız
H. Cavid "Knyaz" — Alman qızı
O. Volzova "Ona keç
M. F. Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah"- Şərəfnisə xanım
S. Rəhman "Yalan" — Şəlalə,
G. Bakıxanov "Dağlar səsləyir məni" — Səbinə
S. Stratayev "Avtobus" — Qız
İ. Drutse "Kürən yabı" — Çefulyasa
Ə. Əmirlinin "Onun iki qabırğası" – Ceyran
M. Sebastian "Adsız ulduz" — Mona
Tamara "Bankir adaxlı" — Səmayə
M. F. Axundov "Hacı Qara" — Tükəz
N. B. Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük"
Hidayət "Məni qınamayın"
J. B. Molyer "Xəsis" – Frozina
M. Kərim "Ay tutulan gecə"
J. B. Molyer Aldadılmış ər" Xanım Sotanvil
B. Appayev "Gözəlləri necə qaçırırlar" Məkkə
Ə. Orucoğlu "Oğru" – Tükəzban
A. Məmmədov "Dəli Domrul" — Ana
Mükafatları "Fəxri mədəniyyət işçisi" döş nuşanı (2013)
Filmoqrafiya "Xanım Hey" (Nağıl) (2006) Əli Hacıyev. Space Tv.
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları