Fatimə İsmayıl xanım (; ) — I Misir xidivi Kavalalı İsmayıl Paşanın qızlarından biri.

1853-cü ilin iyununda Qahirədə dünyaya gəldi. Atası xidiv İsmayıl Paşa, anası isə onun xanımlarından Şöhrətfəza xanımdır.

1871-ci ildə atasının əmisi Kavalalı Səid Paşanın oğlu Mehmed Tosun Paşayla (30 aprel 1853 - 10 iyul 1876) evləndirildi və bu nigahdan 2 övladı dünyaya gəldi.

Cəmil bəy (1896-?), dayısı Tofiq Paşanın qızı Nemətullah xanımla evləndi. Əsmat xanım

Ancaq ilk həyat yoldaşının 1876-cı ildə vəfatıyla dul qaldı və ikinci dəfə Mahmud Sırrı Paşayla evləndirildi. İkinci nigahdan 3 oğlu və bir qızı dünyaya gəldi.

18 noyabr 1920-ci ildə Qahirədə vəfat etdi.

İstinadlar