İsmayıl əfəndi İbrahim əfəndi oğlu Əfəndizadə (; ) — Rusiya imperiyası işğalına qarşı mübarizə aparmış şəxslərdən biri. Ruhani.
Həyatı 1838-ci ildə Quba qəzasının Qələgah kəndində Şeyx İbrahim əfəndinin böyük oğlu olaraq dünyaya gəlmişdir. Özündən başqa iki qardaşı (Əbülvəhhab və Məhəmməd) da olan İsmayıl əfəndi, qardaşları ilə birlikdə atalarının ölmündən sonra onlara miras qalan islamın təbliği və rus işğalına qarşı mübarizəni davam etdirirdilər.
Azərbaycanda müstəmləkəçilik idarəçiliyini möhkəmləndirən çarüsul-idarələri əhalini bəylərin, ağaların əli ilə əzmək üçün məqsədyönlü layihələrini uğurla həyata keçirirdilər. Belə ki, 1870-ci il 8 (21) noyabrda çarın fərmanına əsasən kəndlilər ağır torpaq vergisindən qismən azad oldularsa da, "mali-cəhət", "Avraz", "Çöpbaşı və başqa vergilər yenə də qalmaqda davam edirdi. Fərman heç bir yenilik gətirməmiş, Şeyx İbrahim əfəndinin ölümündən sonra qəzada düşmənin zülmü daha da artmışdı.
1889-cu ildə baş verən quraqlıq ucbatından Qubanın mahallarında aclıq tüğyan edirdi. Ölənlərin sayı gündən-günə artırdı. Bir yandan da bəylər kəndlilərin zəhmət haqlarını verməkdən boyun qaçırırdılar. İsmayıl əfəndi haqsızlıqlara göz yuma bilməzdi. O, ayağa qalxdı. Nahiyyələrə baş çəkib ağsaqqallarla görüşdü. 100-dən çox kəndlinin haqqının təmin olunmasına nail oldu.
Həbs oluması və Sürgün edilməsi Zil-qadə ayının əvvəllərində İsmayıl əfəndini qubernatorluğa çağırdılar. Onu mayor Zubov qəbul etdi. Zubov, İsmayıl əfəndiyə qardaşları ilə birlikdə etdikləri "özbaşnalıqlar"ı dayandırmalarını və öz işləri ilə məşğul olub, ölü basdırmağa davam etmələrini, əks halda 37-ci ildə baş verənlərin təkrar baş verə biləcəyini deyərək İsmayıl əfəndini hədələdi. Əfəndi Zubovun hədələrinə məhəl qoymayaraq, Zubova əsaslı arqumentlərlə cavab verərək onu susdurdu. Əfəndi ilə bacara bilməyəcəyini anlayan Zubov dedi:
1890-cı ildə Zubov tapşırığına əsasən Mustafa bəy 30 nəfərlik dəstə ilə Əfəndinin evinə basqın edib onu həbs etdi. Eyni vaxtda Əfəndinin digər iki qardaşı da həbs edildilər. Onlar "müridizmi qızışdıranlar" kimi sürgün edildilər. Ruslar qardaşları əvvəl Ufa vilayətinə gətirdilər. İsmayıl əfəndi və qardaşlarının müsəlmanlar arasında nüfuzu burada da artığından ruslar onları ayırmağa qərara aldılar. Məhəmməd əfəndi Kurqana, Əbdülvəhhab əfəndini isə Saratov vilayətinin Saryevka qəsəbəsinə yenidən sürgün edildilər.
Ölümü Qardaşları ayıran ruslar İsmayıl əfəndi üzərində nəzarəti gücləndirməklə, ona Ufadan 100 km aralıdakı bir dağ aulunda yaşamağa icazə verirlər. İsmayıl əfəndi 1895-ci ildə qəfildən xəstələnərək vəfat edir. Kimisinə görə ürək tutmasından, kimisinə görə isə ruslar tərəfindən almaz tozu ilə zəhərlənərək öldürülmüşdür. Nəşini vətənə oğlu Həmdulla əfəndi gətirmişdir. Məzarı Şabranın Qələgah kəndindədir.
Həmçinin bax
Müridizm
İstinadlar
Kateqoriya:Azərbaycan sufiləri Kateqoriya:Sufilər