Livan Universiteti () — Livanda 1951-ci ildə əsası qoyulmuş yeganə ali dövlət müəssisəsidir.

Haqqında Bu universitetin 17 fakültəsi var. Livan Universiteti Beyrutda yerləşir. Livan universitetinin yaradılması ideyası ilk dəfə 1948-ci il dekabrın 11-də Beyrutda YUNESKO-nun Üçüncü Konfransının bağlanış mərasimində keçmiş xarici işlər naziri Həmid Franjiyenin nitqində xatırladılmışdır. O demişdir: “Biz UNESCO ruhunda Livan universitetinin yaradılmasını görəcəyimizə ümid edirik”. Həmçinin bax Livan Beyrut Amerika Universiteti

İstinadlar

Kateqoriya:Livan universitetləri Kateqoriya:Beyrutda təhsil