Şazan ibn Cəbrail ibn İsmail ibn Əbu Talib əl-Qummi () — şiə alimi, ləqəbi "Sədudud-din", künyəsi isə Əbul-Fəzldir. O Mədinə şəhərində yaşayıb-yaratmışdır.
Həyatı Şazan ibn Cəbrail hicri VI əsrin ikinci və VII əsrdə yaşamışdır. Onun doğum və ölüm tarixləri dəqiq bilinmir. Belə ki, tərcümeyi-hal kitablarında qeyd edilənlərə əsasən, onun İbn İdris, Ərəbi ibn Müsafır Hilli, İbn Məşhədi, Fəxxar ibn Müidd Musəvi, Məhəmməd ibn Əbul-Bərəkət, Şeyx Əli ibn Sabit Suravi, Şeyx Əli ibn Yəhya Hənnat kimi alimlərlə eyni dövrdə yaşadığı anlaşılır. Onun ustadları sırasında atası Cəbrail ibn Əbu Talib Qumminin, fəqih Şeyx Əbu Məhəmməd Reyhan ibn Abdullah Həbəşinin (v.560), Həsən ibn Əhməd ibn Həsən Əttar Həmədaninin (v.569), Seyid Fəxrəddin Məhəmməd ibn Səraya Cürcaninin, Seyid Həmzə ibn Zöhrə Hələbinin (v.585), Məhəmməd ibn Əli ibn Şəhr Aşubun (v.588) və digərlərinin adlarını qeyd etmək olar. Seyid Muhyiddin ibn Zührə hicri 548-ci ildə ondan bir rəvayət nəql etmişdir.Şeyx Şazan ibn Cəbrail Qummi, "Əli ibn Əbu Talibin(ə) Fəzilətləri"(Azərbaycan dilində), səh.5 Ağa Bozorq Tehrani onun 593-cü ilə qədər yaşadığına inanmışdır.Ağa Bozorg Tehrani, "Təbəqat Ələm Şiə", 1430 AH, cild 3.,səh.128
Nəql etdiyi bir hədisdə hicri 652-ci ildən bəhs edilir, buna görə də qeyd edilir ki, o təxminən 660-cı illərdə vəfat etmişdir. Mədinə şəhərində yaşadığı üçün vəfat yerinin də ora olduğu düşünülür.
Əsərləri Şazan ibn Cəbrailin dörd kitabının olduğu qeyd edilmişdir ki, onlardan ikisi Əli ibn Əbu Talibin fəzilətlərinə dair qələmə aldığı və Azərbaycan dilinə də tərcümə edilən "ər-Ravzatu fi fəzaili Əmiril-muminin" və "əl- Fəzail" kitablarıdır.Şeyx Şazan ibn Cəbrail Qummi, "Əli ibn Əbu Talibin(ə) Fəzilətləri"(Azərbaycan dilində), səh.5 "ər-Ravzatu fi fəzaili Əmiril-muminin" əsərində İmam Əlinin fəzilətləriylə bağlı müxtəlif hədislər qeyd edilmişdir."əl- Fəzail" əsərində Məhəmməd Peyğəmbərin doğumundan, həyatının ilk illərindən, ardınca isə İmam Əlinin möcüzələrindən bəhs edilir.
"ər-Ravzatu fi fəzaili Əmiril-muminin" əsəri təxminən 194 hədis ehtiva edir. "əl- Fəzail" əsəri isə təxminən 172 hədisdən ibarətdir.
Bu iki kitab birlikdə Azərbaycan dilinə tərcümə edilmişdir. Tərcüməni aparan isə Hilal Ağamoğlanovdur.
Alimlərin onun haqqında fikirləri Bir çox alimlər Şazan ibn Cəbrailin tərcümeyi-halını qeyd edərkən onu fəqih olaraq vəsf etmişlər. Onlardan "Riyazul-üləma" kitabında Əfəndi və "Əməlul-əməl" kitabında Əllamə Hilli yazırlar: "Uca məqamlı, etibarlı Şeyx Əbul-Fəzl alim, fəzilət sahibi, fəqih, şəni böyük və qədir-qiyməti alidir".Əfəndi, "Riyazul-üləma", 3/5Əllamə Hilli, "Əməlul-əməl", 2/130
Xunsari "Ravzatul-cənnat" kitabında deyir: "O, fəzilətli, kamil, öndə olan, hədis bilicisi, möhtərəm və etibarlı şəxsdir".Xunsari, "Ravzatul-cənnat", 4/23
Əllamə Nuri isə "Xatimətul-Müstədrək"də yazır: "O, uca şeyx Əbul- Fəzldir... möhtərəm alim və fəqihdir, möhtəşəm kitabların müəllifidir".Əllamə Nuri, "Xatimətul-Müstədrək", s.479-480
İstinadlar