Qaradağ qaz emalı zavodu — Azərbaycanın Qaradağ rayonunda yerləşən təbii və səmt qazının emalı zavodu. Qaradağ qaz emalı zavodu Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxildir.
Tarixi Qaradağ qaz emalı zavodunun əsası 1958-ci ildə Sovet İttifaqının keçmiş "Qiproazneft" İnstitutu tərəfindən qoyulmuşdur. Zavodun yaradılmasında əsas məqsəd təbii qazın, qaz kondensatının və yüngül karbohidrogenlərin emalı idi. Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. Birinci mərhələ benzinin qazdan ayrılması üçün avadanlıqlardan ibarət 3 nömrəli texniki sexin, eləcə də qaz kondensatının emalı və səmt qazının fraksiyalaşdırılması üçün avadanlıqlardan ibarət 4 nömrəli sexin istismara verilməsindən ibarət olmuşdur.
Birinci mərhələdə zavodun gücü ildə 4,5 milyard kubmetr qaz emal etməyə imkan vermişdir. 1986-cı ildə gücü artırmaq üçün zavod yenidən qurulmuş, nəticədə məhsuldarlıq 6,5 milyard kubmetrə qədər artmışdır. Yenidənqurma işləri nəticəsində estakadaya yeraltı qaz kəmərləri köçürülmüş, yeraltı su boruları yerüstü ilə əvəz edilmişdir.
2003–2004-cü illərdə zavodda iki kanallı "yüksək təzyiqli qazçıxarma" və "ümumi qazçıxış" xətti tikilərək istifadəyə verilmişdir. 2009-cu ildə daha bir "ümumi buraxılış" qaz xətti istifadəyə verilmişdir.
Struktur Qaradağ qaz emalı zavodunun strukturuna 8 istehsal və xidmət sahəsi, mərkəzi laboratoriya və anbar daxildir.
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2003-cü il tarixli 844 nömrəli, 2 may 2007-ci il tarixli 2142 nömrəli, 7 oktyabr 2009-cu il tarixli 164 nömrəli sərəncamları əsasında zavod SOCAR-ın strukturuna daxil edilmişdir.
İstinadlar
Xarici keçidlər SOCAR-ın rəsmi saytı
Kateqoriya:1958-ci ildə Azərbaycanda yarananlar