Dölün inkişafının ləngiməsi (uşaqlıqdaxili inkişafın ləngiməsi, intrauterin inkişafın ləngiməsi, dölün inkişafının ləngiməsi sindromu, fetal hipotrofiya kimi adları ilə də tanınır) dölün ölçüsünün hamiləliyin müəyyən mərhələsində gözləniləndən aşağı olması halıdır. Dölün böyüməsinin ləngiməsi diaqnozunun qoyulması üçün ən çox yayılmış üsul, hamiləliyin müəyyən müddətində olan döl ölçüsünün yeni doğulmuş uşaq ölçüsünə nisbətən hesablanmasıdır. Bu xəstəliyin rast gəlinmə tezliyi 5,0-17,6% arasında dəyişir.

Risk faktorları thumb|Mikrofotoqrafiya|Dölün inkişafında ləngimə ilə əlaqəli plasenta patologiyası. Hematoksilin və eozin boyası ilə boyanma. Dölün böyüməsini mane olan müxtəlif risk faktorları vardır. Bunlara sosial və məişət amilləri (məsələn, ananın çox gənc və ya yaşlı olması, narkotik maddələrdən sui-istifadə, zərərli və ya ağır iş şəraiti, emosional stress, ananın çəkisinin az olması), teratogen amillər (siklofosfamid, valproik turşusu, antitrombotik kimi dərmanlara məruz qalma), somatik amillər (xroniki infeksiyalar, genital sahədən kənar xəstəliklər), mamalıq və ginekoloji amillər (əvvəlki hamiləlik və doğuşlarla bağlı problemlər, ginekoloji xəstəliklər, uşaqlıq anomaliyaları) və hamiləliklə əlaqəli amillər (toksikoz, gestoz, hamiləliliyin tez-tez baş verməsi, hamiləliyin sonlandırılması təhlükəsi) daxildir. Bundan əlavə, fetal faktorlar (konstitusional xüsusiyyətlər, irsi sindromlar, fetal inkişaf anomaliyaları, intrauterin infeksiyaları) dölün inkişafının geriləməsində mühüm rol oynayır.

Təsnifatı Ultrasəs fetometriya məlumatlarına görə, dölün inkişafının ləngiməsinin üç forması ayırd edilir: Asimmetrik forma: fetusun inkişafının geriləməsinin bu formasında hamiləlik dövrü üçün gözlənilən dəyərlərlə müqayisədə yalnız fetusun qarnının ölçüsü azalır. Bu gecikmə 2 həftədən çox və ya qarın ölçüsü müvafiq hamiləlik dövrü üçün beş faizdən az ola bilər. Bu forma zamanı dölün qalan ölçüləri fizioloji norma daxilində qalır. Simmetrik forma: dölün inkişafının ləngiməsinin simmetrik forması zamanı, fetusun ümumi bədən ölçüsü müəyyən bir hamiləlik dövrü üçün gözlənilən dəyərlərə nisbətən mütənasib şəkildə azalır. Belə ki, bədən uzunluğu, baş və qarın ətrafı kimi bütün fetal ölçülər bərabər nisbətdə azalırlar. (правило Негеле) Qarışıq forma: fetal inkişafın ləngiməsinin qarışıq forması zamanı, fetusun qarnının ölçüsündə 2 həftədən çox geriləmə müşahidə olunur , digər fetometrik göstəricilər isə müəyyən bir hamiləlik dövrünə nisbətdə 10-25 faiz arasında dəyişir.

Patogenezi Dölün inkişafının ləngiməsi sindromu inkişaf edən qadınlarda hamiləliyin birinci trimestrində spiral arteriyaların divarına trofoblastların natamam invaziyasının baş verməsi nəticəsində, uteroplasental qan dövranının hemodinamikası pozulur. Hamiləliyin erkən mərhələlərində (22 həftəyə qədər), dölün özünü tənzimləmə mexanizmləri hələ kifayət qədər inkişaf etmədikdə, hiperplastik dövrdə hüceyrələrin sayının azalması ilə əlaqəli dölün inkişafının ləngiməsinin simmetrik forması baş verir. Hamiləliyin ikinci yarısında dölün inkişafının ləngiməsinin patogenezində əsas rolu uşaqlıq və plasenta arasında qan axınının pozulması xroniki hipoksiyaya və dölün inkişafının ləngiməsinə səbəb olur. Xroniki hipoksiyanın təsiri altında, digər orqanlarda qan axınının azalması və fetusun beynində qan axınının artması baş verir. Bu isə öz növbəsində, asimmetrik fetal inkişaf geriliyinin formalaşmasına mənfi təsir göstərir. Bəzi hallarda isə uşağın gələcəkdə idrak qabiliyyətlərinə də təsir edə bilir.

Diaqnostikası Dölün inkişafdan qalması sindromunun diaqnozunu qoymaq üçün xarici mamalıq müayinəsindən (ölçmə və palpasiya) və ultrasəs müayinəsindən istifadə olunur. İnkişafdan qalması sindromunun diaqnostikası zamanı əsasən, skrininq üsulunda dölün normadan 2 və ya daha çox santimetr geridə qalması böyümə pozğunluğundan şübhələnməyə əsas verir., и требуют рациональной терапии Daha obyektiv məlumat ultrasəs fetometriyası ilə təmin edilir. Ultrasəs fetometriyası dinamik şəkildə aparılmalıdır. Tədqiqatlar arasında optimal interval ən azı iki həftə olmalıdır.

Proqnozu Dölün inkişafının ləngiməsi zamanı qeyri-normal olan plasenta döldə perinatal zədə riskini artırır (65% halda rast gəlinir). Belə döllər tez-tez mekonium aspirasiyasına, hamiləlik zamanı hipoksiyaya və doğuş zamanı asfiksiyaya həssas olurlar. Dölün inkişafının ləngiməsi, prenatal dövrdə dölün orqan və sistemlərinin inkişafında mühüm əlaqələndirici və birləşdirici rol oynayan mərkəzi sinir sisteminin funksional yetkinliyinin pozulmasına səbəb olur. Erkən neonatal dövrdə bu, refleks və tonik reaksiyaların formalaşmasının pozulmasına gətirib çıxarır və sonradan bu uşaqlar tez-tez beyin funksiyalarının minimal pozulmasından tutmuş ciddi somatik və psixomotor problemlərə qədər nevroloji xəstəliklərlə qarşılaşırlar. Bundan əlavə, hipotrofiyadan əziyyət çəkən böyümə geriliyi olan uşaqlarda immun çatışmazlığı səbəbindən keçici hipotiroidizm və intrauterin infeksiya inkişaf riski də vardır. Böyümə geriliyi olan yetkin xəstələr isə daha çox nevroloji və ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.

Müalicəsi Dölün inkişafının ləngiməsi xəstəliyin səbəblərindən, şiddətindən, hamiləliyin formasından və müddətindən asılı olaraq hamiləlik və doğuşun idarə edilməsi üçün müxtəlif üsullar tələb edilir. Bu zaman aparılan müalicənin məqsədi ana-plasenta-döl sistemindəki pozğunluqları düzəltməkdir. Dölün böyümə sürətini və onun funksional vəziyyətini qiymətləndirmək üçün təkrar ultrasəs ürək monitorinqi aparılmalıdır. Bundan əlavə, genetik test və fetal Doppler monitorinqi də tövsiyə olunur. Terapiya müsbət nəticə verərsə, hamiləlik uzadıla bilər. Doğuş hamiləliyin 37 həftəsindən gec olmayaraq həyata keçirilir. Müalicə səmərəsiz olarsa və ya dölün vəziyyəti pisləşərsə, hamiləlik dövründən asılı olmayaraq erkən doğum etmək lazımdır. Plasenta çatışmazlığının dekompensasiya olunmuş forması zamanı qeysəriyyə əməliyyatı ilə erkən doğuş göstərilir. Dölün böyüməsində məhdudiyyət olan uşaq doğulduqdan sonra mümkün infarktları, arteriovenoz qüsurları və fibrin çöküntülərini aşkar etmək üçün plasentanın çəkisi və müayinəsi aparılır, dölün inkişafının məhdudlaşdırılmasının mümkün səbəbini müəyyən etmək üçün plasenta patoloji laboratoriyaya göndərilir.

İstindalar

Kateqoriya:İnsan xəstəlikləri və pozuntuları Kateqoriya:Embriologiya Kateqoriya:İnkişaf biologiyası