() — polis general-mayoru, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi, (12 İyul 2019-cu ildən)
Haqqında 1968-ci il avqust ayının 11-də Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib. 12 İyul 2019-cu ildən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi vəzifəsində çalışır.
Ailəsi Ailəlidir. 4 övladı var.
Təhsili 1990 – 1996-cı illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda ali pedaqoqoji təhsil alıb.
1993 – 1998-ci illərdə Bakı Dövlət Universitetində ali hüquq təhsili alıb.
Mükafatları 29 iyun 2012-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
İstinadlar