İohann Sebastyan Bax () — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.

Həyatı İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.

Baxın anası 1694-cü ildə vəfat edir. Bundan səkkiz ay sonra isə atası da dünyadan köçür. On yaşlı Bax böyük qardaşı, qonşu Ohrdruf şəhərində orqançı kimi çalışan İohann Kristof Baxın (1671–1721) himayəsi altına keçir.Bizimyol.az — İohann Sebastyan Bax — ağlasığmaz, işıqlı və unudulmuş bəstəkar Burada Bax qardaşından qiymətli musiqi dərsləri alır. Qardaşı onu Cənubi alman musiqi məktəbinin İohann Paxelbel və İohann Yakob Forberger kimi simalarının, eləcə də Şimali alman musiqi məktəbinin, fransız musiqi məktəbinin Jan Baptist Lüli, Luis Merşan, Marin Mare kimi musiqiçilərinin və italyan musiqiçisi Gorolamo Freskobaldi və digərlərinin yaradıcılığı ilə yaxından tanış edir.

14 yaşında Bax məktəb yoldaşı Georq Erdmanla birgə o vaxtlar Müqəddəs Roman imperiyasının ən böyük şəhərlərindən biri olan Hamburq şəhəri yaxınlığındakı Lüneburq şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixayel məktəbində təhsil almaq imkanı əldə edir. Burada keçirdiyi iki il Baxın həyatında və musiqi yaradıcılığında dönüş nöqtəsi rolunu oynayır və bəstəkara Avropa musiqisi ənənələri ilə daha yaxından tanış olmaq imkanı verir. Kapella xorunda ifa etməklə yanaşı, o, məktəb orqanında da ifa edir. Bu məktəbdə oxuduğu illərdə fransız və italyan dilləri, eləcə də din, tarix, coğrafiya, fizika və latın dillərindən də müfəssəl təhsil alır. O, həmçinin Almaniyanın şimal əyalətlərindən diplomatiya, dövlətçilik və hərb sahələri üzrə təhsil almaq üçün gəlmiş zadəgan övladları ilə tanış olur, Lüneburq şəhərinin adlı-sanlı orqanistləri, xüsusilə də Georq Böhmlə münasibət qurur, Yohan Adam Rinken və Nikolau kimi o dövrün nüfuzlu musiqiçiləri ilə tanış olmaq məqəsədilə Hamburqa səfərlər edir. Bu musiqiçilərlə olan əlaqələri onun bir bəstəkar kimi püxtələşməsinə əhəmiyyətli təsir göstərir…

1703–1708: Arnstaddan Veymara 1703-cü ilin yanvar ayında təhsilini başa vurduqdan az sonra Bax Türingiyanın böyük şəhərlərindən biri olan Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyin olunur. Onun burada hansı vəzifələri icra etdiyi tam məlum deyil. Lakin görünür o sarayda musiqiçi kimi yox, xidmətçi kimi işləyib. Bununla belə Veymarda keçirdiyi yeddi ay ərzində o mahir klaviş ifaçısı kimi məşhurlaşır. Ona Arnstadda Müqəddəs Bonifes kilsəsinə gətirilmiş yeni orqana texniki baxış keçirmək və orqanda ilk mahnını ifa etmək həvalə olunur.

Bax ailəsinin Türingiyanın ən qədim şəhəri olan və Veymardan 180 km cənubda, meşə kənarında yerləşən Arnstad şəhəri ilə yaxın əlaqələri olmuşdur. 1703-cü ilin avqust ayında Bax Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı kimi işləməyə razılaşır. Kifayət qədər yüksək məvacib, üstəgəl yeni quraşdırılmış və böyük imkanları olan modern orqan onun tam razı salır. Bir müddət sonra Bax orqan prelüdiyalarını bəstələməyə başlayır. Bu əsərlər artıq sıx motivasiyalı nəzarət texnikasını nümayiş etdirən bəstəkar özünün daha irimiqyaslı və kontrpunkk musiqi texnikasını (burada iki mülodiya eyni zamnada qarçılıqlı təsirdə olur) bir qədər sonra içlıyəcədir.

Arnstaddakı güclü ailə əlaqələri və musiqiyə dəlicəsinə aşiq olan sahibinin qonaqpərvərliyi gənc Baxla Arnsatd şəhər hakim dairələri arasındakı gərginliyin qarşısını ala bilmir. Bu gərginliyin yaranmasına səbəb Baxın xor ifaçılarının peşəkarlıq səviyyəsindən narazılığı və daha əhəmiyyətlisi onun 1705–1706-cı illərədə Arnstadı özbaşına tərk edərək ustadı Ditrix Buxtehuda və onun Lübekdəki Abdenmusik məkətəbinə baş çəkməsi olmuşdur. Bax Alman orqan musiqsinin atası hesab etdiyi Buxtehudu görmək üçün 400 km-lik məsafəni piyada qət edir. Bu səfər Buxtehud yaradıcılığının Baxın ilkin əsərləri üçün əsas rol oynaması ilə nəticələyir. Baxın nəzərdən tutulandan bir neçə ay çox Lübekdə yubanması bu qocaman usatdının Baxın sənətində nə dərəcədə mühüm rol oynadığını göstərir. Arnstaddakı kifayət qədər yaxşı vəziyyətinə baxmayaraq Bax 1706-cı ildə buradan uzaqlaşmağa və karyerasını başqa yerdə davam etməyə qərar verir. Ona böyük şimal şəhərələrdən biri olan Mühlhauzendə Müqəddəs Blasuis kilsəsində daha sərfəli orqanist vəzifəsi təklif olnur. Növbəti il Bax daha yüksək maaşlı və arzuladığı daha yaxşı xor heyəti ilə təchiz olunumuş bu vəzifəni qəbul edir. Mühlhauzenə gəlişinin dördüncü ayında Mariya Barbara Bax adlı əmisi qızı ilə evlənir. Onların yeddi uşağı olur, lakin bunlardan yalnız dördü yetkinlik yaşına çata bilir. Övladlarından iksi- Vilhelm Frideman Bax və Karl Filip Emanuel Bax Barokko dövrünün ardınca gəlmiş Rokoko üslubunda böyük bəstəkarlar olurlar.

Görünür Mühlhauzen şəhər hakimləri və kilsə nümayəndələri yeni musiqi rəhəbrinin məhz onların çıhərini seçməsindən böyük fəxr hssi keçirmişlər. Belə ki, onlar Baxın Müqəddəs Blasuis kilsəsinin orqanını təzələmək kimi baha başa gələn ideyasını yekdilliklə bəyənmiş və Baxın 1708-ci ildə yenicə seçilmiş şəhər şurasının inaqurasiya mərasiminə həsr olunmuş- Allah mənim şahəmdır kantatasını BWV 71 böyük rəğbət hissilə qarşılamışlar. Bnula belə elə həmin ildə də Baxa Veymardan daha sərfəli iş təklif gəlir.

1708–1717: Veymar Mühlhauzendə keçirdiyi bir ilə yaxın müddətdən sonra, Bax bir vaxtlar nökər kimi işlədiyi Veymar hersoqunun saray orqanisti və konsert mayestrosu təyin olunur. Olduqca səxavətli məvacib və tamamilə böyük və yüksək peşəkar musiqiçiləır heyəti ilə işləmək imkanı bu keçidi daha da sürətləndidir. Bax ailəsi ilə birgə hersoq sarayından beş addımlıq məsafədə yərləşən evdə yaşayır. Növbəti il gənc ailənin ilk övladı dünayaya gəlir və onlara Mariya Barbaranın subay bacısı da qoşulur və ölümünə qədər ailənin ev işlərinə nəzarət edir. Bax ailəsinin daha iki musiqiçisi — Vilhelm Fridman Bax və Karl Filip Emanuel Bax da məhz Veymarda anadan olurlar.

Veymarda Bax orqanda ifa və əsərlər bəstələmək və hersoqun ansamblı ilə müxtəlif konsert repertuarları ifa etmək kimi geniş imkanları olur. Kontrapunkt texnikasının ustası olan Bax fuqalarını məhz Veymarda yazmağa başlayır. Bütün fuqalarının ıks olunduğu Das wohltemperietre Clavier adl ən böyük toplu bir cüt major və nisbi minor olamaqla 48 prelyuda və fuqadan ibarətdir. Bu əsər kontapunk texnikasının istifadəsi və tədqiqində ilk fundamental əsər sayılır. Bu əsərdə açarların tam nomenklaturası və açarlar aralarındakı cüzi fərq belə göstərilmişdir.

Veymardakı illər həm də Baxın böyük oğlu Vilhelm Fridman üçün yazdığı "Orqan haqqında kiçik kitab" ilə də yadda qalır. Bu əsərdə orqanistə kömək məqsədilə mürəkkəb quruluşda ənənəvi Lüteran xor musiqiləri əksini tapmişdir. Bu əsər Baxın həyatının iki əsas qayəsini — musiqini tədris etməyə olan hədsiz bağlılığı və xor musiqisinə olan hədsiz məhəbbətini təşkil edir.

1717–1723-cü illər: Köten Bax bir daha özünün musiqi maraqlarında uyğun daha münsabi iş axtarışlarıan çıxır. Anhalt-Köthen şahzadəsi Baxı kapelmesyter vəzifəsinə dəıvət edir. Özü də musiqçi olan şahzadə Leopold Baxın istedadını dəyərləndirir, ona yüksə maaş təyin edir və yaradıcılıq nöqteyinəzərdən geniş sərbəstlik verir. Buunla belə şahazadə pzü kalvinsit olduğundan və siyayişlərində musiqdən istifadə etmədiyindən Baxın bu dövrdən sonra bəstələdiyi əksər əsərlər dünyəvi xarakter almağa başlayır. Bunlara Orkestra sütaları, Violneşdə solo ifa üçün altı süita, və solo skipka üçün sonata və partitalarımisal göstərmək olaşr. Skipka üçün ilk sontasının giriş səhifəsindəki şəkil bəstəkarın əlyazmasını təsvir edir. Məhur Brandenburq konsertləri də bu dövrdən etibarən yaranmağa başlayır.

1720-ci ilin 7 iylunda Bax şahzadə Leopolda xarici səfərdə olduğöu müddətdə həyat yoldaşı Mariya Barbara qəflətən vəfat edir. Növbəti il Bax Köthen sarayının istedadlı sopranosu, özündən 17 yaş kişik olan Anna Magdalena Vilklə tanış olur və 1721-ci ilin 3 dekbrında evlənir. Bax daha 13 uşaq atasl olur, lakin bunladan yalnız 6-sı sağ qalır. Annadan olan Gotrfid Heynrix, İohann Kristof Fridrix və İohann Kristian sonralar məşhur musiqçilər olurlar. Qızlarından isə Baxın tələbəsi İohann Kristof Altnikolla evləınmiş Elizabet Yuliane Frederika, İohanna Karolina və Regina Suzanna yetkinlik yaşlarına çatırllar.

1723–1750-ci illər: Leyspiq 1723-cü ildə Bax Leypçiqdə Thomaskirche (Müqəddəs Tomas Lüteran kilsəsi) yaxınlığındakı Thomasschule-nin (Müqəddəs Tomas məktəbi) kantoru, eləcə də şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru vəzifəsinə təyin olunur. Bu Saksoniyanın aparıcı ticarət şəhərində kifayət qədər nüfuzlu vəzifə sayılırıdı. Armştada və Mülhauzenə qısamüddətli səfərləri nəzərə alınmasa bu Baxın karyerasında ilk hökumət işi idi. Baxın ömrünün sonuna qədər çalışdığı 27 illik bu vəzifəsi onu tabeliyində işlədiyi Leyspiq şəhər bələdiyyəsinin siyasi intriqalarını görməyə imkan verir. Belə ki, şəhər bələdiyyəsi iki fraksiyadan ibarət idi: Drezdendə oturan Saksoniya monarxın Güclü Auqustusun qatı tərəfdarları olan mütləqiyyətçilər və şəhərin tacir sinfinin, sənətkarlar və kiçik zadəganların marağını qoruyan Şəhər-Dövlət fraksiyası. Bax isə təyin olunduğu vəzifəyə monarxistlər tərəfindən namizəd kimi irəli sürülmüşdür, xüsusilə də əvvələr Drezden sarayında hüquqşünas işləmiş Leyspiq şəhər meri Gotleb Lanj onun namizədliyini dəstəkləmişdir. Baxın təyinatına razılıq müqabilində anti-mütləqiyyətçilər Müqəddəs Tomas məktəbinə nəzarəti ələ keçirirlər və Baxdan iş şəraiti ilə bağlı bəzi güzəştlərə getmək tələb olunur. Baxmayaraq ki, şəhər bələdiyyəsində Baxın musiqi dühasına heç kim şübhə etmirdi, bununla belə özünü şəhər kilsə musiqisinin rəhbəri kimi aparan Baxla özünü məktəb sahibləri kimi görən və Kantorun musiqi təsirlərini azaltmaq istəyən bələdiyyə arasında davamlı gərginliklər yaşanır. Şəhər bələdiyyəsi Lanjın Baxa ildə 1000 telerlik məvacibini heç vaxt bəyənməmiş, əvəzində Bax bir qədər az əməkhaqqı və məktəb binasınn 1732-ci ildə olduqca baha başa gələn təmirdən çıxmış yaraşıqlı mənzillərindən biri ilə təmin edilmişdir.

Baxın Leyspiqdəki işi Tomasschuledə tələbələrə musiqi ifaçılığından dərs vermək və Leyspiqin Müqədəs Tomas və Müqəddəs Nikolas kilsələrində həftəlik musiqi proqrmalarını tərtib etməkdən ibarət idi. Onun işlərinə Latın dilindən də dərs demə daxil olsa da, o bu işi müavininə həvalə etmişdir. Leyspiqdəki ilk altı illik fəaliyyəti ərzində beş illik cantata silsiləsi yazır (bunlardan ikisi günümüzə gəlib çıxmışdır). Konsertləşdirlimiş əsərlərinin əksəriyyəti hər bazar İncil dinləmələrinə və Lüteran ilində tutulan oruclara həsr olunur və əksəriyyətində Üachet auf! Ruft uns die Stimme və Nun komm, der Heiden Heiland kimi ənənəvi kilsə himnlərindən ilham mənbəyi olaraq istifadə olunurdu.