Əzizağa Hacı Əli oğlu Məmmədov () — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1970).
Həyatı Əzizağa Hacıəli oğlu Məmmədov 15 may 1918-ci ildə Lənkəranda anadan olub. 1933-cu ildə Bakı şəhəri 3 nömrəli nümunəvi məktəbi bitirmişdir. 1934–1937-ci illər Bakıda Sovet Ticarəti Texnikumunda, 1937–1941-ci illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil almışdır. 1938–1941-ci illər Azərbaycan Xalqlar Tarixi Muzeyində izahatçı işləmişdir.
1941–1943-cü illərdə Masallı rayonunun Təklə və Lənkəran rayonunun Şürük kəndlərində müəllim işləmişdir. 1944–1946-cı illərdə BDU-nun aspirantı olmuşdur. 1946–1957-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində çalışmışdır. 1949-cu ildə "Şah İsmayıl Xətainin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1957-ci ildən ömrünün sonunadək AE Əlyazmalar fondunda baş elmi işçisi və şöbə müdiri vəzifələrinfə çalışmışdır.
1970-ci ildə "Şah İsmayıl Xətai əsərləri mətnlərinin tədqiqi və elmi-tənqidi mətni" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
23 fevral 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Əsərləri
Molla Nəsrəddin jurnalı Amerika-İngiltərə imperializmi haqqında. Bakı: Uşaqgəncnəşr, 1952. Şah İsmayıl Xətai. Bakı: Uşaqgəncnəşr, 1961. Şah İsmayıl Xətayi. Bakı: Yazıçı, 1988. Əski çap kitabları kataloqu. C. 1 Türkdilli kitablar. Kitabları elmi-paleoqrafik təsvir edən: Əzizağa Məmmədov. Bakı: Nurlan, 2008.
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan mətnşünasları Kateqoriya:Azərbaycanlı mətnşünaslar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar