Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentlik və ya qısa şəkildə Rossotrudniçestvo — Rusiya Xarici İşlər Nazirliyinin yurisdiksiyasında olan muxtar federal hökumət orqanı. O, ilk növbədə mülki xarici yardımın və mədəni mübadilənin idarə edilməsinə cavabdehdir. Rossotrudniçestvo Mərkəzi Asiya, Cənubi Amerika və Şərqi Avropada (lakin daha çox Müstəqil Dövlətlər Birliyində) fəaliyyət göstərir.

Tarixi Agentlik 2008-ci il sentyabrın 6-da Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış fərman ilə Müstəqil Dövlətlər Birliyində Rusiyanın təsirini saxlamaq və Rusiyanın xarici dövlətlərdə siyasi və iqtisadi maraqlarını inkişaf etdirmək üçün dostluq əlaqələrini inkişaf etdirmək məqsədi ilə sələfi olan agentliyin əsasında yaradılmışdır.

OECD hesablamalarına görə, 2019-cu ildə Rusiyanın rəsmi inkişaf yardımı 1,2 milyard ABŞ dollarına yüksəlib.

Ekspert müşahidəçilərin bildirdiyinə görə, Rossotrudniçestvo 2022-ci ilin aprel ayında Rusiyanın Ukraynaya hücumunu dəstəkləmək üçün Avropada sinxron rusiyapərəst ictimai mitinqlər, nümayişlər və avtomobil sütunları təşkil etmişdir. Bu nümayişlər eyni vaxtda Dublin (İrlandiya), Berlin, Hannover, Frankfurt (Almaniya), Limasol (Kipr) və Afinada (Yunanıstan) keçirilib.

2022-ci ilin iyul ayında Avropa İttifaqı Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar Rossotrudniçestvoya sanksiyalar tətbiq edib. İstinadlar

Kateqoriya:2008-ci ildə Rusiyada yarananlar Kateqoriya:Moskva təşkilatları Kateqoriya:Rusiya Xarici İşlər Nazirliyi Kateqoriya:Mədəni təşviqat təşkilatları Kateqoriya:Müstəqil Dövlətlər Birliyi Kateqoriya:2008-ci ildə yaradılmış dövlət orqanları