Lora Eş (; ) — Kral Tarixi Cəmiyyətinin üzvü, Britaniyalı tarixçi, İngilis orta əsr ədəbiyyatı, tarixi və mədəniyyətinin tədqiqatçısı (1000–1550-ci illər üzrə). O, Oksford Universitetində ingilis ədəbiyyatı üzrə professor və Vuster Kollecində ingilis ədəbiyyatı üzrə elmi işçi və müəllimdir.
Akademik fəaliyyəti Eş Lids Qızlar Ali Məktəbində təhsil alıb. O ingilis dili təhsili almaq üçün Kembricdə Gonville və Caius Kollecinə getmişdir. Eş məzun olduqdan sonra bir ili Harvard Universitetində Kennedi alimi kimi keçirdi.
Aspiranturada oxuduğu müddətdə o, Gonville və Caius Kollecində kiçik elmi işçi vəzifəsinə təyin edilmişdi.
2008-ci ildə Vuster Kollecə qoşulmazdan əvvəl Eş iki il Londonun Kraliça Meri Universitetində mühazirə oxuyub.
2009-cu ildə Eş Filip Leverhulme mükafatına layiq görülmüşdür. O, 2018-ci ilin sentyabrında Oksford Universiteti tərəfindən İngilis dilli ədəbiyyat üzrə professor adına layiq görülüb.
Seçilmiş əsərləri
İstinadlar Kateqoriya:Harvard Universitetinin məzunları