270px|thumb|"Aldar Kosa və Alan" qazax nağılı üçün illüstrasiya. Qazaxıstanın poçt markası, 2003 Aldar Kosa () — qazax nağıllarının uydurma folklor personajı. Qısa yumoristik, satirik hekayə və lətifələr qəhrəmanı.
Aldar Kosanın ədəbi obrazı Aldar-Kos haqqında xeyli sayda məşhur nağıl və lətifələr var. Kasıb oğlu olan Aldar Kosa xeyirxah, hazırcavab və ağıllıdır, acgöz varlıları, tənbəlləri, axmaqları və hətta şeytanları aldadaraq, cəzalandırır. Aldar Kosa Robin Hudla ifadə olunur, lakin onun silahı ox və yay deyil, ağlı və sözləridir. Qırğız, türkmən, özbək və tatarların da folklorunda da rast gəlinən folklor qəhrəmanıdır. Digər xalqların da oxşar nağıl qəhrəmanlarına qeyd edilənlər aiddir: Coha — ərəblərdə (Misir, Qoha), Pıl-Puqi — ermənilərdə, Molla Nəsrəddin — bəzi şərq xalqları arasında (o cümlədən azərbaycanlılar, qazaxlar), Ömirbəy təlxək — qaraqalpaqlarda, həmçinin qazaxların (xüsusilə cənubluların) dastanında rast gəlinən obraz, Əhməd akay — krım tatarları, Hiyləgər Budamşu — buryatlarda, Müşfiqlər — taciklərdə, Salay Çakkan və Molla Zaydin — uyğurlarda, Məmmədvəli Kəminə — türkmənlərdə, Til Ulenşpigel — flamandlar və almanlarda, Hiyləgər Pyotr — cənub slavyanlarında, Herşel Ostropoler — Aşkenazi yəhudilərində, Pekala — rumınlarda.
Rəvayətə görə, Aldar Kosa ramazan soyundandır.
Adı Rus dilinə tərcümədə Aldar-Kosa ləqəbi "Saqqalsız fırıldaqçı" mənasını verir. "Aldar" aldadan, yaramaz, ağıllı, "kosa" isə saqqalsız mənalarında işlədilir.
Aldar Kosa və kino "Saqqalsız fırıldaqçı" komediya filmi (rejissor və baş rolda Şaken Aymanov, "Qazaxfilm", 1964). Aldar Kosa ("Qazaxfilm", 1975) Aldar Kosa Pələngi necə dəf etdi ("Qazaxfilm", 1976). Azia Animation (Almatı) animasiya studiyasının maarifləndirici layihəsi, Aldar Kosanın (2009–2011, qazax dilində) sərgüzəştlərindən bəhs edən 80 seriyalı "Алдар Көсенің көңілді оқиғалары" (Aldar Kösenin gülməli hekayələri) cizgi filmi. İlk mövsümü 30, ikinci mövsümü 50 seriyadan ibarətdir. Dauren Serqazinin baş rolda oynadığı "Aldar Kosa" (16 seriya, 2011).Безбородый обманщик вернулся на экраны Rej. Din Məhəmməddinov, ASC Xəbər Agentliyi, Qazaxıstan. Baş rolunu Baxıtjan Alpeysovun oynadığı, rejissorunun Beqaydar Şaldarbəyovun olduğu "XXI əsrdə Aldar Kosanın macəraları" komediya filmi, "BEST Film Company", Qazaxıstan, 2011-ci il.
Xatirəsi Almatıda Aldar Kosa adlı küçə var. Almatıda Aldar Kosa abidəsi var. Karaqandada Aldar Kosa heykəli var. Aksayda Aldar Kosa heykəli var.
İstinadlar
Kateqoriya:Orta əsrlər əfsanələri Kateqoriya:Orta əsrlər ədəbiyyatı Kateqoriya:Folklor personajları Kateqoriya:Uydurma klounlar Kateqoriya:Uydurma Türkiyə personajları Kateqoriya:Qazaxıstan ədəbiyyatı