Amanda Lusi Forman (d.1968) — britaniya-amerikalı bioqraf və tarixçi. Onun kitabları arasında "Corciana, Devonşir Düşesi", "Alov İçində bir dünya" və "Qadınların qurduğu dünya" yer alır. O, həmçinin "Qadının yüksəlişi" adlı dörd hissəli sənədli film yazmış və aparıcılıq etmişdir. Hazırda Forman "The Wall Street" qəzetində "Tarixi Çərçivədə" adlı iki həftəlik tarixi sütunun müəllifidir və Liverpul Universitetinin Tarix şöbəsində fəxri baş tədqiqatçı kimi fəaliyyət göstərir.
Erkən həyatı və təhsili Forman Londonda anadan olub. Onun valideynləri Evelin (Smit) və ssenarist, film prodüseri Karl Forman (1914–1984) idi. Atası 1950-ci illərin Makkartizm dövründə Hollivud kinostudiyalarının "qara siyahısına" salındıqdan sonra işləmək üçün İngiltərəyə köçmüşdür. Onun qardaşı Conatan Forman beynəlxalq müxbir və film tənqidçisidir. Forman beş övlad anasıdır və Conatan Barton ilə evlidir.
Amanda Forman təhsilini İngiltərənin cənub-qərbində yerləşən qızlar üçün müstəqil bir ibtidai məktəb olan Hanfordda almışdır. Daha sonra müxtəlif internat məktəblərində oxumuşdur. O, Nyu-Yorkun Yonkers şəhərində yerləşən Sara Lourens Kollecində və Kolumbiya Universitetində təhsil almış, lakin 1991-ci ildə İngiltərəyə qayıtmışdır. 1993-cü ildə ona Oksford Universitetinin Ledi Marqaret Holl Kollecində Henriyetta Jeks-Bleyk baş təqaüdü verilmişdir. Oksfordda Forman magistr dərəcəsi üçün "Siyasət, yoxsa Tanrının iradəsi?: 1807-ci ildə Parlamentin kölə ticarətini ləğv etməyə səs verməsinin səbəbləri" (1993) adlı dissertasiya yazmışdır. Daha sonra doktorluq dərəcəsi üçün "Corciana, Devonşir Düşesinin siyasi həyatı, 1757–1806" (1998) mövzusunda dissertasiya müdafiə etmiş və bu əsər daha sonra onun ilk bioqrafik kitabına çevrilmişdir.
O, Oksford Universitetindən XVIII əsr Britaniya tarixi üzrə doktorluq dərəcəsi almışdır.
Kitabları
Foreman, Amanda. The World Made by Women: A History of Women from the Apple to the Pill. Forthcoming. Foreman, Amanda. A World on Fire: An Epic History of Two Nations Divided (Penguin, 2010), 988 pp. Reissued as A World on Fire: Britain's Crucial Role in the American Civil War Foreman, Amanda. The Duchess (Random House, 2008), 456 pp. Originally published as Georgiana: Duchess of Devonshire. Foreman, Amanda. Georgiana, Duchess of Devonshire (Random House, 2001), 512 pp. Another ed. was published By HarperCollins in 2000. Foreman, Amanda. Georgiana's World: The Illustrated Georgiana, Duchess of Devonshire. London: HarperCollins, 2001.
Esseyləri
Exploring Lincoln: Great Historians Reappraise Our Greatest President (Linkolnu Araşdırmaq: Böyük Tarixçilər Ən Böyük Prezidentimizi Yenidən Qiymətləndirir) – Harold Holzer, Kreyq L. Saymonds və Frank J. Uilyams tərəfindən redaktə edilmişdir. Linkolnun Azadlıq Bəyannaməsi: Düşmən üçün Bir Təbliğat Vasitəsimi?" – Amanda Forman The Civil War as Global Conflict: Transnational Meanings of the American Civil War (Vətəndaş Müharibəsi Qlobal Münaqişə Kimi: Amerika Vətəndaş Müharibəsinin Transmilli Mənaları) – Deyvid T. Qlison və Simon Lyuis tərəfindən redaktə edilmişdir "Coda: Yaddaş üzrə Dəyirmi Masa" – Amanda Forman Greenwich Village Stories: A Collection of Memories (Qrinviç Vilic Hekayələri: Xatirələr Toplusu) – Cudit Stounhill tərəfindən redaktə edilmişdir. "Qrinviç Vilic" – Amanda Forman The New York Times' Disunion: Modern Historians Revisit and Reconsider the Civil War from Lincoln's Election to the Emancipation Proclamation (Müasir Tarixçilər Linkolnun Seçkisindən Azadlıq Bəyannaməsinə qədər Vətəndaş Müharibəsini Yenidən Dəyərləndirir və Araşdırır) – Ted Uidmer tərəfindən redaktə edilmişdir. "Müttəfiqləri itirməyin və insanları uzaqlaşdırmağın Yolu" – Amanda Forman City Parks: Public Spaces, Private Thoughts (Şəhər Parkları: İctimai Məkanlar, Şəxsi Düşüncələr) – Keti Marron tərəfindən redaktə edilmişdir. "Hyde Park, London" – Amanda Forman Reconfiguring the Union: Civil War Transformations (İttifaqı Yenidən Qurmaq: Vətəndaş Müharibəsinin Dəyişiklikləri) – Ivan V. Morqan və Filipp Con Deyvis Palqreyv tərəfindən redaktə edilmişdir. "Linkolnun Azadlıq Bəyannaməsi: Düşmən üçün Bir Təbliğat Vasitəsimi?" – Amanda Forman George IV (Kral IV Corc) – Kristofer Hibbert, Ön söz – Amanda Forman (ISBN 9781403983794) What Might Have Been?: Leading Historians on Twelve 'What Ifs' of History (Nə Ola Bilərdi?: tanınmış tarixçilərin tarixdəki on iki "əgər"i) – Endryu Roberts tərəfindən redaktə edilmişdir. "Trent Hadisəsi Müharibəyə Səbəb Olur" – Amanda Forman The Sylph (Silf) – Corciana, Devonşir Düşesi Ön söz – Amanda Foreman Madame de Pompadour (Madam de Pompadur) – Nansi Mitford Ön söz – Amanda Foreman Gender in Eighteenth Century England: Roles, Representations and Responsibilities (XVIII əsr İngiltərəsində gender: rollar, təsvirlər və məsuliyyət) – Hannah Barker və Elaine Çalus tərəfindən redaktə edilmişdir. "Siyasətçinin Siyasətçisi: Corciana, Devonşir Düşesi və Viq Partiyası" – Amanda Forman
Mükafatları
Qalib kimi
2012 – Fletçer Pratt Mükafatı, Amerika vətəndaş müharibəsi tarixi üzrə mükəmməl yazı üçün. 1998 – Vaytbrid Mükafatı, ən yaxşı bioqrafiya nominasiyasında. 1993 – Henrietta Jeks-Beylk baş təqaüdü, Ledi Marqaret Holl, Oksford.
Finalçı kimi
2012 – Linkoln mükafatı 2012 – Lionel Gelber mükafatı 2012– Milli kitab tənqidçiləri dairəsi mükafatı 2011 – Jefferson Davis mükafatı 2010 – Pen/Hessell-Tiltman tarix mükafatı 1998 – Qardian ilk kitab mükafatı
Şəxsi həyatı Forman ikili vətəndaşlığa malikdir və həyatını Nyu-York, Kinderhuk (Nyu-York ştatı) və London arasında keçirir. O, Liverpul Universitetinin Tarix Departamentində fəxri baş tədqiqatçıdır. Peşəkar fəaliyyətindən kənarda, Forman bağbanlıq etməyi sevir.
İstinadlar Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:Britaniya tarixçiləri