Beovulf () — VII-VIII əsrlərdə yazılmış qədim ingilis poeması Beovulfun baş qəhrəmanı, canavar Qrendeli məğlub edən və sonradan qetlərin kralı olan döyüşçü.

Poemanın motivləri əsasında çəkilmiş bir çox filmin baş qəhrəmanı olub. Poemada Beovulf eyniadlı poemada qet qəbiləsindən olan gənc döyüşçü, Eqteovun oğlu və ana tərəfində Kral Hiqelakın qardaşı oğludur.Беовульф. Примечания // Беовульф. Старшая Эдда. Песнь о Нибелунгах. М.: Художественная литература, 1975. С. 638—639. Yeddi yaşından ana babası kral Hredel tərəfindən böyüdülüb.Беовульф. Примечания // Беовульф. Старшая Эдда. Песнь о Нибелунгах. М.: Художественная литература, 1975. С. 655. Uşaq ikən qəbilə yoldaşları tərəfindən zəif, köməksiz, "döyüşdə faydasız" biri kimi qəbul edilən Beovulf, sonradan tanınmış döyüşçü oldu.Беовульф. Примечания // Беовульф. Старшая Эдда. Песнь о Нибелунгах. М.: Художественная литература, 1975. С. 652. Poemanın əvvəlində onun dəniz canavarları üzərində qələbələri və üzgüçülük məharətindən söhbət açılır. Danimarka torpaqlarına gələn qəhrəman artıq 12 ildir ki, yerli kral Hrotqarın sarayının Qrendel adlı bir canavarın hücumuna məruz qaldığını öyrənir. Beovulf öncə Qrendellə təkbətək döyüşdə onu məğlub edib, daha sonra anasını sualtında öldürür. Hiqelakın zəngin hədiyyələri ilə vətəninə qayıdaraq, kral olur və burada 50 il hökmranlıq edir. Bu müddətdən sonra Beovulf xəzinəsini müdafiə edən əjdaha ilə döyüşməli olur. Döyüşdə əjdahanı məğlub etsə də, özü ölür. Poemanın sonunda Beovulfun cəsədi odda yandırılır.Гуревич А. Средневековый героический эпос германских народов // Беовульф. Старшая Эдда. Песнь о Нибелунгах. М.: Художественная литература, 1975. С. 9. Müasir mədəniyyətdə Alimlər, "Beovulf" poemasının yaranmasını, nağılların Şimali Avropanın tarix dünyasına ötürülməsi ilə əlaqədar meydana gəldiyini qeyd edirlər. Üstəlik, baş qəhrəmanın real həyatda mövcud olan prototipi yoxdur. Onun avtobioqrafiyasının bir çox epizodlarına müxtəlif xalqların nağıllarında aydın rast gəlmək olur. "Mifoloji məktəb"in alimləri Beovulfun xeyirxah təbiət tanrısı olduğuna inanırdılar.Гуревич А. Средневековый героический эпос германских народов // Беовульф. Старшая Эдда. Песнь о Нибелунгах. М.: Художественная литература, 1975. С. 9—10.

Beovulf onun adını daşıyan bir sıra filmlərin qəhrəmanı olub. Onu, 1999-cu ildə çəkilən filmdə Kristofer Lambert, 2007-ci ildə çəkilən, Robert Zemekisin rejissoru olduğu "Beovulf" filmində Rey Uinston və 2016-cı ildə çəkilmiş "Beovulf" televiziya serialında Kiran Byu canlandırılmışdır. 2005-ci ildə çəkilmiş "Beovulf və Qrendel" filmində Beovulfu Cerard Batler canlandırmışdı. Poemanın motivləri əsasında "Beowulf: The Animated Epic" cizgi filmi də çəkilib.

1999-cu ildə roman əsasında rejissor Con Maktirnan "13-cü döyüşçü" filmi ərsəyə gəldi. Filmdə baş rollarda: Beovulf rolunda Vladimir Kulix, İbn Fadlan rolunda isə Antonio Banderas çəkiliblər.

Ədəbiyyatşünaslar Con Ronald Ruel Tolkinin "Beovulf" poemasından təsirləndiyini qeyd edirlər. "Hobbit və ya Oraya və Geriyə" hekayəsində xəzinəni qoruyan əjdaha Qolum, Qrendelə,Anderson D. A. The Annotated Hobbit. Boston; N. Y.: Houghton Mifflin, 2002. P. 132—133.Tolkien et le Moyen Âge. P.: CNRS Éditions, 2007. P. 110. canavar Beorn isə Beovulfun özünə bənzədilib.Tolkien J. R. R., Rateliff J. D. The History of The Hobbit. L.: HarperCollins, 2011. P. 257.

Beovulf adı, 1999-cu ildə kəşf edilmiş Apollon qrupundan Yerə yaxın olan kiçik bir asteroidə (38086) verilmişdir.

İstinadlar

Kateqoriya:Folklor personajları Kateqoriya:Mifik krallar