Əbu Muti əl-Həkəm ibn Abdullah ibn Sələmə ibn Əbdürrəhman əl-Bəlxi (; ) — Əbu Hənifənin tələbələrindən biri, fəqih. Bəlx qazısı.
Bioqrafiyası Mənbələrdə onun haqqında məlumatlar olduqca azdır. Görmə qüsurlu olduğu və Bəlxdə doğulub böyüdüyü rəvayət olunmuşdur. Oğlu onun 84 yaşında Bəlxdə vəfat etdiyini söyləmişdir. Buna görə də onun təqribən 733 ilində anadan olduğunu söyləmək olar.
O, fiqh, zöhd və təqvası ilə məşhurlaşmışdır. Hişam ibn Həssan, Bəkr ibn Xuneys, İbrahim ibn Təhman, Malik ibn Ənəs, Süfyan əs-Səvri və Əbu Hənifə kimi görkəmli şəxsiyyətlərə tələbəlik etmiş, onlardan elm nəql etmişdir.Əbu Yusif və Abdullah ibn əl-Mübarək onu mədh etmişdir.
Əbu Muti əl-Bəlxi müəllimi Əbu Hənifədən "Əl-Fiqhul-Əbsat" əsərini nəql etmişdir.
16 il Bəlxdə qazılıq edən Əbu Muti, 814-cü ildə vəfat etmişdir.
Həmçinin bax Hənəfilərin siyahısı
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər