thumb|300px|right|Corc Foks, ilk Kvaker liderlərindən biri

Kvakerlər () — Dindar Dostlar Cəmiyyətinə aid olan, tarixi baxımdan protestant xristian məzhəblərindən biri hesab edilən bir qrup insan. Onlar bir-birilərinə Müqəddəs Kitabın Yəhya 15:14 ayəsinə əsasən "Dostlar" deyə müraciət edirlər. Əvvəlcə isə başqaları onlara "Kvakerlər" (tit­rəyənlər) deyirdi, çünki hərəkatın banisi Corc Foks bir hakimə "Allahın hakimiyyəti qarşısında titrəməli olduğunu" söyləmişdi. Dostlar ümumiyyətlə, hər bir insanın daxili işıq vasitəsilə Allahın şahidliyini hamıya bəyan edə biləcəyinə inanmaqla birləşirlər. Kvakerlər ənənəvi olaraq, bütün iman gətirənlərin kahinlik hüququna malik olduğunu qəbul edirlər ki, bu da Peterin Birinci Məktubundan ilhamlanaraq formalaşmışdır. Onların arasında yevangelist, müqəddəslik, liberal və ənənəvi kvaker xristianlığını mənimsəyənlər, həmçinin ateist kvakerlər də mövcuddur. Müxtəlif dərəcələrdə Dostlar etiqad etiraflarından (kredo) və iyerarxik strukturlardan çəkinirlər.

2017-ci ildə dünyada təxminən 377,557 yetkin kvaker olduğu təxmin edilirdi. Onların 49%-i Afrikada, 22%-i isə Şimali Amerikada yaşayırdı. Dünyadakı kvakerlərin təxminən 89%-i, dini xidmətlərin oxumaq və bir pastor tərəfindən yönləndirilən, əvvəlcədən hazırlanmış Müqəddəs Kitab mesajı ilə müşayiət olunduğu evangelist və proqramlaşdırılmış qollarına aiddir (ən böyük kvaker qrupu Beynəlxalq Yevangelist Dostlar Kilsəsidir). Təxminən 11%-i isə “gözləmə ibadəti” və ya “proqramlaşdırılmamış ibadət” (adətən, “İbadət Toplantısı” adlanır) formasını tətbiq edirlər. Bu ibadətlərin əvvəlcədən qurulmuş qaydası yoxdur, əsasən sükut içində keçər və yalnız iştirakçılar tərəfindən planlaşdırılmamış şifahi çıxışlar ola bilər. Hər iki ibadət formasında "Qeydiyyatdan Keçmiş Vaizlər" və şifahi vaizlər kimi tanınan şəxslər iştirak edə bilərlər.

Kvakerizmin proto-yevangelist xristian hərəkatı XVII əsrin ortalarında İngiltərədə, Anqlikan kilsəsindən ayrılan Legatin-Arianlar və digər müxalif protestant qrupların içindən yaranmışdır. Kvakerlər, xüsusilə "Şanlı Altmışlar" (), Müjdəni (İncilin xoş xəbərini) yaymaq məqsədilə Britaniya və xarici ölkələri gəzərək insanları çevirmək üçün çalışırdılar. Kvakerlər arasında qadın vaizlər də var idi. Onların mesajı "Məsih artıq Öz xalqına özü təlim vermək üçün gəlib" inancına əsaslanırdı. Onlar Allahla birbaşa əlaqəyə və bütün iman gətirənlərin kahinlik statusuna inanırdılar. Məsihin bu şəxsi dini təcrübəsi birbaşa ruhani yaşantılar və Müqəddəs Kitabın oxunub öyrənilməsi vasitəsilə əldə edilirdi. Dostlar öz şəxsi həyatlarını mənəvi təmizliyə və Allahın nurunu əks etdirməyə yönəldərək xristian kamilliyinə çatmaq məqsədini güdürdülər. Dindar Dostlar Cəmiyyətinin mühüm teoloji mətnlərindən biri Robert Barklinin 1673-cü ildə nəşr etdirdiyi "Katexizm və İman Etirafı"dır. 1887-ci ildə isə Ortodoks Dostların çoxu tərəfindən qəbul edilən və bir çox illik iclaslar üçün doktrinal bəyanat kimi qalan Riçmond İman Bəyanatı qəbul edilmişdir.

Kvakerlər adi söhbətlərdə "sən" əvəzinə "thee" sözünü işlətməkləri, müharibələrdə iştirakdan imtina etmələri, sadə geyimlər geyinmələri, and içməkdən çəkinmələri, köləliyə qarşı çıxmaları və spirtli içkilərdən uzaq olmaları ilə tanınırdılar. Bəzi kvakerlər banklar və maliyyə institutları, o cümlədən Barclays, Lloyds və Friends Provident-i, eləcə də C. & J. Clark ayaqqabı şirkətini və Böyük Britaniyanın ən məşhur üç şirniyyat istehsalçısı olan Cadbury, Rowntree və Fry şirkətlərini yaratmışdılar. Onlar eyni zamanda köləliyin ləğvi, həbsxana islahatı və sosial ədalət kimi xeyriyyə işlərində də fəal idilər. 1947-ci ildə Britaniya Dostlar Xidmət Şurası və Amerika Dostlar Xidmət Komitəsi vasitəsilə kvakerlər sülhə və ümumi rifaha həsr olunmuş fəaliyyətlərinə görə Nobel Sülh Mükafatına layiq görülmüşlər.

İstinadlar

Xarici keçidlər Evangelical Friends Church, the largest Quaker association The Friends Evangel, Quaker publication Evangelical Friends Mission, international Quaker mission work Richmond Declaration of Faith of the Religious Society of Friends (1887) Northwestern Yearly Meeting, Friends congregations in the western US Friends of the Light in England Friends in Christ in Scotland Digital Quaker Collection: – a list of Christian Quaker literature Post Reformation Digital Library: a library of early modern Quaker texts Online resource for information from the Friends General Conference, a Liberal Quaker association Quaker Heritage Press publishes etexts of rare and out-of-print Quaker documents. Quaker News collects and combines news from various Quaker Meetings and organizations into a single chronological “newsfeed”.

Society of Friends Church history collection, Rare Books and Manuscripts, Indiana State Library

Kateqoriya:Kvakerizm Kateqoriya:Pasifizm Kateqoriya:Xristianlıq