The Dangers in My Heart, Yaponiyada tanınan adı ilə , qısaca – Norio Sakuray tərəfindən yazılan və çəkilən manqa seriyası. 2018-ci ilin martında "Akita Shoten" nəşriyyatının "Weekly Shōnen Champion" jurnalında nəşr olunmağa başlamışdır. 2026-cı ilin yanvarına qədər 13 tankobon cildi buraxılmışdır. Manqa seriyası sinfin çunibyo və tənha şagirdi Kyotaro İçikava ilə sinfin ən populyar qızı Anna Yamada arasındakı yaranan romantik münasibətlərdən bəhs edir.

Seriya əsasında "Shin-Ei Animation" tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2023-cü ildə, ikinci mövsümü 2024-cü ildə yayımlanmışdır. Üçüncü mövsümün 2027-ci ildə yayımlanması planlaşdırılır. 2024-cü ildə spin-off ranobesi nəşr olunmuşdur.

Məzmun

Kyotaro İçikava vaxtının çoxunu cinayət ensiklopediyaları oxuyaraq keçirən asosial və çunibyo şagirddir. O, sinfin ən populyar və gözəl qızı olan, modellik və aktrisalıq ilə məşğul olan Anna Yamadanı "öldürməyin" fantaziyasını qurur. Lakin Yamadanı müşahidə etdikcə əslində onun da qəribə bir qız olduğunu görür. Yamada gizlicə yemək yemək üçün məktəb kitabxanasına gəlməyə başlayanda onlar arasında gözlənilməz romantik münasibətlər inkişaf etməyə başlayır.

İstehsal Norio Sakuray verdiyi müsahibədə idolların fanatı olduğunu, favorit idolu ilə eyni sinifdə oxusaydı onunla ünsiyyətinin necə olacağı barədə xəyallar qurduğunu bildirmişdir. O, bu fikirlərindən təsirlənərək "The Dangers in My Heart" manqasını və Anna Yamada personajını yaratmağa qərar vermişdir. İçikava personajını yaradarkən özünü düşündüyünü bildirmişdir. Sakuray İçikavanın Yamada ilə interaksiyalarından sonra özünü "sağaltdığını" vurğulamaq üçün fəsilləri "karte" adlandırmağa qərar vermişdir.

Prodüser Kazuki Endo manqanın 2-ci və 3-cü cidlərini oxuduqdan sonra manqanı çox bəyənmiş və anime adaptasiyasını çəkmək üçün "Akita Shoten" redaktorlarına təklif göndərmişdir. Redaktor Keyta Takakaşi müsahibəsində bildirmişdir ki, Endonun layihəyə olan entuziazmi anime təklifini qəbul etməsi üçün əsas faktorlardan biri olmuşdur. Endo animenin ssenarisi üçün Cukki Hanadaya müraciət etmiş və manqa ilə öncədən tanışlığı olan Hanada təklifi dərhal qəbul etmişdir. Endo "A Silent Voice" anime filminin saundtrekini çox bəyəndiyi üçün Kensuke Uşionu animenin bəstəkarı kimi seçmişdir. Uşio animenin saundtrekini bəstələmək üçün doğma şəhərinə getmiş və məktəbdə gedərkən istifadə etdiyi yolu gəzərək qeydə almışdır. Rejissor Hiroaki Akaqi emosiyaları və personajlardakı dəyişiklikləri əks etdirmək üçün rənglərə diqqət yetirmişdir. Sakuraydan icazə alaraq manqada personajların sinifdə əyləşdikləri yeri animedə bir qədər dəyişdirmişdir. Səs aktyorlarının seçilməsi prosesi zamanı Hina Yoomiyanın nadir səsə malik olmasını bəyənmiş, çips yemə səhnəsini yaxşı ifa etdiyi üçün Yamada roluna onu seçmişdir.

Media

Manqa

Manqa seriyası Norio Sakuray tərəfindən yazılır və illüstrasiya olunur. Manqanın individual fəsilləri "karte" adlanır. Manqa 8 mart 2018-ci ildə "Akita Shoten" nəşriyyatının "Weekly Shōnen Champion" jurnalında serializasiya olunmağa başlamışdır. 10 aprel 2018-ci ildə "Champion Cross" manqa saytına köçürülmüşdür. 10 iyul 2018-ci ildə "Champion Cross" və "Champion Tap!" saytları birləşdirilmiş və manqa yeni yaradılmış "Manga Cross" saytında serializasiya olunmağa başlamışdır. 2026-cı ilin yanvarına qədər manqanın 13 tankobon cildi buraxılmışdır. Spin-off manqası "Twi-Yaba" müxtəlif qısa hekayələr kolleksiyasından ibarətdir və Sakurayın rəsmi "Twitter" hesabı vasitəsilə yayımlanır. Manqanın adı "Twitter" və "Yabai" sözlərinin birləşməsindən ibarətdir.

Kyotaronun böyük bacısı Kanadan bəhs edən adlı spin-off manqası 22 iyul 2025-ci ildə "Champion Cross" manqa saytında serializasiya olunmağa başlamışdır. Manqa Haika Nanasaka tərəfindən çəkilir. İlk tankobon cildi 8 yanvar 2026-cı ildə buraxılmışdır.

Anime

"Shin-Ei Animation" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2023-cü ilin aprelindən iyuluna qədər TV Asahi kanalında yayımlanmış və 12 seriya davam etmişdir. Animenin rejissoru Hiroaki Akaqi, ssenaristi Cukki Hanada, personaj dizayneri Masato Katsumata, bəstəkarı Kensuke Uşiodur. Açılış mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan mahnısıdır.

"Twi-Yaba" spin-off manqasına əsaslanan, hərəsi bir neçə dəqiqə davam edən qısa seriyalardan ibarət anime adaptasiyası 10 dekabr 2023-cü ildə yayımlanmışdır.

Anime serialının ikinci mövsümü 2024-cü ilin yanvarından aprelinə qədər TV Asahi kanalında yayımlanmış və 13 seriya davam etmişdir. Açılış mahnısı "Atarayo" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan mahnısıdır.

20 fevral 2024-cü ildə "YouTube"da "Re:Zero" və "The Danger in My Heart" personajlarının yer aldığı qısa krossover animesi buraxılmışdır. 29 sentyabr 2024-cü ildə anime serialının iki mövsümünün hekayəsini ümumiləşdirən və finaldan sonrakı hekayəyə dair yeni səhnələr ehtiva edən anime filmi anons edilmişdir. Film Yaponiyada 13 fevral 2026-cı ildə buraxılmışdır. Filmin rejissoru Da Çi Len, Hiroki Akaqi isə baş rejissordur. Filmin əsas mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan "Madder" mahnsıdır.

2026-cı ilin martında üçüncü mövsüm anons edilmişdir. Üçüncü mövsümün 2027-ci ildə yayımlanması planlaşdırılır.

Ranobe Kota Nozomi tərəfindən yazılan, Sakuray və sune tərəfindən illüstrasiya olunan spin-off ranobesi "Media Factory" nəşriyyatı tərəfindən 25 sentyabr 2024-cü ildə buraxılmışdır. Ranobeyə 4 fərqli hekayə daxildir: İçikavanın ibtidai məktəbdə əldə etdiyi nadir kart və həmin vaxt tanış olduğu sirli qadın, İçikava və Yamada arasındakı münasibətlərin Moekonun gözündən təsviri, İçikava və Yamadanın cüt görüşü, Yamadanın anasının gizli hekayəsi.

Qəbul

Manqa Manqa 2020-ci ildə Next Manqa Mükafatının veb-manqa kateqoriyasının qalibi olmuşdur. Həmin il Yaponiyada kitab mağazaları işçilərinin 15 başlıqdan ibarət manqa tövsiyəsi siyahısına daxil olmuşdur. 2021-ci ildə 250.000 iştirakçı arasında keçirilən "ən çox anime adaptasiyası istənilən manqa seriyaları" sorğusunda birinci yeri tutmuşdur.

Anime "THEM Anime Reviews" tənqidçisi Alan Mudi animeni "Teasing Master Takagi-san" və "Lovely Complex" animeləri ilə müqayisə etmişdir.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin manqaları Kateqoriya:2023-cü ilin anime serialları Kateqoriya:Akita Shoten manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Yaponiya veb-komiksləri Kateqoriya:Ranobelər Kateqoriya:MF Bunko J Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Shin-Ei Animation Kateqoriya:Şonen manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Çap olunmuş veb-komikslər Kateqoriya:Komediya teleserialları Kateqoriya:Next Manqa Mükafatının qalibləri Kateqoriya:Avex Group Kateqoriya:TV Asahi verilişləri Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları