Albasdı — (türk: Albastı; özbək: Alvasti; tatar, qırğız, qazax: Албасты, çuvaş: Алпастă, , ) — qədim qadın ruhu, Qafqaz dağları folklorunda günahın təcəssümü. Mənşəyi Şumer mifologiyasına qədər gedib çıxır. Türk dillərində "Al" qırmızı, "bastı" isə təzyiq və ya basqı deməkdir.
Digər dillərdə
Başkırt: Албаҫты Özbək: Alvasti Altay: Алвасти́ Türkmən: Албассы Qırğız: Албарсты́ Noqay: Албаслы́ Kumık: Албаслы́ Balkar: Алмасты́ Tacik: Албасти Ləzgi: Алпаб Çeçen: Алмазы Yaqnob: Албасты Çuvaşça: Алпастă Soqdian: Олбасты Rus: Албасты́
Qafqaz və Orta Şərq folkloru Şumer folkloru Albasdı mifinin bir variantı Şumer dövrünə qədər uzanır və Lilitin adlarından biri kimi qeyd olunur.Ann, Martha and Imel, Dorothy Myers. Goddesses in world mythology. ABC-CLIO, 1993. , p 336 Sonrakı rabbinik Talmud şərhlərində o, Adəmin ilk arvadı hesab olunurdu, iradəsi və müstəqilliyi səbəbindən cənnətdən qovulmuşdu. Bu formada Lilit ətrafında formalaşan mifologiya müxtəlif bölgələrdə yerli xüsusiyyətlər nəzərə alınmaqla Albasdıya da aid edilmişdir.Baring, Anne and Jules Cashford, eds. The myth of the goddess: Evolution of an image. Viking Adult, 1991. . page 82
Türk folkloru Türk folklorunda Albasdı tez-tez Mare və ya Sukkubus (yuxu cinləri) ilə qarışdırılıb, eyni zamanda kişilərin erotik yuxularına girən bir sıra Orta Şərq qadın ruhları ilə eyniləşdirilib.Littleton, C. Scott, ed., Gods, Goddesses & Mythology. Tarrytown: Marshall Cavendish Corporation, 2005, page 245 Lakin Albasdı haqqında əfsanələrin fərqli cəhəti onun cinsi xarakter daşımamasıdır. O, günahkar ruhları olan insanlara, xüsusilə də ailəsində qanlı cinayətlər törədilmiş və cəzasız qalmış şəxslərə gəlir. Ruh türk folklorunda əsasən Al Karısı adı ilə tanınır. İnanclara görə, o, əsasən doğuşdan sonrakı dövrdə olan qadınları izləyir və bu, psixoloji problemlərin yaranmasına səbəb olur. Buna görə də, həmin qadınlara 40 gün boyunca xüsusi baxım tətbiq olunurdu.
Tədqiqatçı Özhan Öztürkə görə, Albasdının gəldiyi insanlar “şiddətli qızdırma ilə oyanırlar... O, həmçinin atları oğurlaması ilə tanınır. Səhər saatlarında atlar tərləmiş və yorğun tapılır, gün boyu işləmək iqtidarında olmurlar. Onun bu əzabları səbəbindən ona qırmızı ana da deyilir.”Ozturk, Ozhan. Karadeniz Ansiklopedik Sozluk. 2 Vol. Heyamola Publishing. Istanbul. 2005 , page 55
İstinadlar
Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Azərbaycan mifologiyası Kateqoriya:Altay mifologiyası