Martin Keloq (; ) — Amerikan teoloq, müəllim və akademik idarəçi; Kaliforniya Universitetinin 7-ci prezidenti (1890–1893 (icraçı); 1893–1899)
Erkən həyat və təhsili
15 mart 1828-ci ildə Konnektikut ştatının Vernon şəhərində Eliza Vayt (White) və Elin Keloq (Allyn Kellogg) cütünün ailəsində doğulmuşdur.
O, 1850-ci ildə Yel Universitetini bitirərək, həmin ilin valediktorianı olmuşdur.
Karyerası
O, əvvəlcə Konqreqatsional Kilsəsində misyoner olaraq təyin olunmuş və 1855-ci ildə Kaliforniyanın Şasta şəhərində pastorluq etməyə başlamışdır. Sonra 1857–1860-ci illərdə Qras-Validə (Grass Valley), 1861-ci ildən isə Oklend şəhərində pastorluq etmişdir.
Keloq Kaliforniya Kollecinin fakültəsinə qoşulmuş və bu kollecin vəzifələrinin dövlətə verilməsi ilə Kaliforniya Universiteti qurulanda, bu universitetə keçən yeganə fakültə üzvü olmuşdur.
1 sentyabr 1868-ci ildə Kaliforniya Universitetinin Akademik Senatının ilk üzvü olmuşdur. 1890–1893-cü illərdə həmin universitetdə prezident səlahiyyətlərinin icraçısı, 1893–1899-cu illərdə isə universitetin 7-ci prezidenti olmuşdur.
O, həmçinin Berklidə Təhsil Şurasının üzvü olmuş və iki dəfə Kaliforniya Ümumi Assosiasiyasının moderatoru kimi fəaliyyət göstərmişdir. Həmçinin, Berklidəki Birinci Konqreqatsional Kilsəsinin idarə heyətində də yer almışdır.
Pedaqoji fəaliyyəti
Martin Keloq Kaliforniya Universitetinin qurulmasında əsas fiqurlardan biri olmuşdur və Kaliforniyada klassik dillərin inkişafında mühüm rol oynamışdır. O, 1855-ci ildə Kaliforniyaya kiçik bir kilsənin pastoru olaraq gəlib və altı il ərzində Berklidəki Kaliforniya Kollecində dərs verməyə başlamışdır.
Kollec 1869-cu ildə Kaliforniya Universitetinə çevrildikdə, Keloq onun II professoru olaraq təyin edilmiş və 1872-ci ilə qədər bütün Yunan və Latın dili dərslərini tədris etmişdir; bundan sonra isə Latın dili və dilçilik üzrə ixtisaslaşmışdır.
Keloq universitetin prezidenti olarkən də dərs verməyə davam etmişdir. Lakin ofis vəzifələri buna mane olmuşdur. O, Bencamin Ayd Vilırın (Benjamin Ide Wheeler) prezident olaraq onu əvəz etməsindən sonra da dərs deməyə davam etmiş və emeritus olduqdan sonra belə, mütəmadi olaraq dərslər keçmişdir.
Şəxsi həyatı
Keloqun övladlığa götürdüyü qızı Eni Dey Keloqun (Annie Day Kellogg) 1903-cü ilin aprelində intihar etməsi bir neçə ay sonra onun özünün ölümünə səbəb olmuşdur.
26 avqust 1903-cü ildə San-Fransiskodakı Voldek (Waldeck) Sanatoriyasında vəfat etmişdir.
Həmçinin bax
İstinadlar
Ədəbiyyat
University Chronicle--University of California, Berkeley, Vol. 6 The Year Book of the Congregational Christian Churches of the United States
Xarici keçidlər
1901 portrait of Martin Kellogg, from the collection of the Bancroft Library Inaugural Address--Our University a Public Trust, by Martin Kellogg Martin Kellogg Fellowships Lives of the Dead: Mountain View Cemetery in Oakland