Zardaxaç — Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Əsli Zardaxaç olan oykonim zard (fars "sarı") və xaç sözlərindən düzəlib (-a bitişdirici saitdir), "qızıl xaç" mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.

Tarixi Zardaxaç kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zardaxaç kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.

Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

19–20 sentyabr 2023-cü il tarixlərində lokal xarakterli anti-terror əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdərə rayonunun kəndləri