Qriqori Çursin Filippoviç (; ) — Sovet etnoqrafı və Qafqaz üzrə mütəxəssis, Leninqrad Universitetinin professoru.

Həyatı 1874-cü il yanvarın 10-da Yeyskdə dülgər ailəsində anadan olub. 1888-ci ildə şəhər məktəbini bitirib, Tiflis Müəllimlər İnstitutuna daxil olub. 1894-cü ildə buradan məzun olub. İnqilabi aksiyalarda iştirak etdiyinə görə Mangistaudakı qalaya sürgün edilib. 1897-ci ildə qayıdıb Qafqaz Filoksera Komitəsinə təlimatçı kimi işləməyə başlayıb. Eyni zamanda etnoqrafik material da toplamağa başlayıb. 1905-1916-cı illərdə Zaqafqaziya Statistika Komitəsində redaktor işləyib. 1916-1918-ci illərdə Tiflisdəki Qafqaz muzeyində Qafqaz etnoqrafiyası şöbəsinin kuratoru vəzifəsində çalışıb. 1921-ci ildən 1924-cü ilə qədər Tiflisin kitab depolarında işləyib. 1924-cü ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi yanında Zaqafqaziya Elmi Birliyinin Tarix-etnologiya şöbəsinin müdiri təyin edilib. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Qafqaz Tarix-Memarlıq İnstitutunda da işləyib. 1928-ci ildən Zaqafqaziya Kommunist Universitetinin elmi-tədqiqat və tarix kafedrasında çalışmışdır. 1930-cu il oktyabrın 15-də Tiflisdə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:SSRİ etnoqrafları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Rusiya imperiyası etnoqrafları